Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 284 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 922 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 441, hazırkı dövrədək isə 7 550 795 test aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »