Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya Yapon dənizinə doğru qanadlı raket atıb
Şimali Koreya Yapon dənizinə doğru qanadlı raket atıb

Şimali Koreya çərşənbə günü Yapon dənizinə qanadlı raket atıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Çosun” qəzeti məlumat yayıb.

Nəşrin hərbi mənbələrinə istinadən verdiyi məlumata görə, buraxılış Hamgyongnam-do əyalətinin Hamhung liman şəhərindən həyata keçirilib. Verilən məlumatda bildirilir ki, raketin uçuş məsafəsi 2000 km olub.

Mənbə Hamhung bölgəsindən Yapon dənizinə doğru atılan naməlum qanadlı raketin qeydə alındığını təsdiqləyib.

Hazırda raketin dəqiq sinfi müəyyən edilməyib. Ehtimal olunur ki, bu "KN-27" sinifli uzaqmənzilli raket buraxılışıdır. Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi raketin müxtəlif xüsusiyyətlərinin ətraflı təhlilini aparır.

Koreya Xalq Demokratik Respublikası (KXDR) son sınaqları martın 19-da keçirilib. Həmin gün KXDR-dən “Hvason-17” qitələrarası raketi buraxılıb.

Bu gün Koreya Respublikasının prezidenti Yun Sok Yeol Yaponiyadakı sammitə gedib. Tədbirdə bu məsələlərlə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »