Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçin NATO-ya yolu bağlanıb, günahkar tapılıb
İsveçin NATO-ya yolu bağlanıb, günahkar tapılıb

Türkiyənin NATO-ya üzvlük üçün təsdiqini gözləyən iki Skandinaviya ölkəsinin gözü aylardır Ankaradan gələn xəbərlərdədir.

Bizimyol.info xəbər verir ki, NATO-ya birlikdə müraciət etdikləri Finlandiya üzvlük üçün geri sayıma başlayarkən İsveçdə ab-hava dəyişib. İsveç mətbuatı ölkənin düşdüyü vəziyyətin “günahkarını” tapıb.

İsveçdə Quranın yandırılmasına reaksiya verən Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludanın bu qalmaqallı hərəkəti Stokholmun NATO üzvlüyünə baha başa gəlib.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Finlandiya ilə ittifaqa üzv olmaq üçün müraciət edən İsveç bu hərəkətdən sonra hələ də Türkiyənin razılığını almayıb. Danışıqlardan sonra Finlandiya NATO-ya üzv olmaq üçün geri sayarkən, İsveç mətbuatı vəziyyəti “biz kənarda qaldıq” şərhi ilə ümumiləşdirib.

Sözügedən hərəkəti "ifadə azadlığı" çərçivəsində qiymətləndirən Finlandiyanın təsdiqi ilə İsveçdə vəziyyət dəyişib.

Rasmuss Paludan Rasmuss Paludan

İsveç mətbuatı aksiyanın “günahkarını” tapıb. İsveç araşdırma proqramı Kalla Fakta Paludanın Rusiya ilə də əlaqələrinin olduğu iddiasını irəli sürüb. Proqrama görə, təxribatçı Rusiyanın “VKontakte” sosial şəbəkəsi vasitəsilə özəl hərbiləşdirilmiş rus şirkəti “Vaqner Qrupu”na bağlı ən azı altı nəfərlə əlaqə saxlayır.

Həmin xəbərdə bu 6 nəfərdən birinin qruplaşmanın yüksək rütbəli zabiti olduğu güman edilir. Həmşinin bu şəxslərin digər ölkələrdə Rusiyanın maraqları lehinə ictimai rəyə təsir göstərməkdə ittiham edildiyi vurğulanır.

Yəni, İsveç mətbuatının iddiasına görə, Paludanın qalmaqallı əməlinin arxasında Rusiya dayanır.

Paludanın qalmaqallı hərəkətindən sonra rəsmi "Tvitter" hesabında açıqlama yayan İsveç baş naziri Ulf Kristersson: "İfadə azadlığı demokratiyanın əsas hissəsidir. Ancaq bir şeyin qanuni olması onun uyğun olması demək deyil", - deyib.

Lund Universitetinin kəşfiyyat təhlili üzrə baş müəllimi Toni İnqesson İsveçin Aftonbladet qəzetinə deyib:

“Bu qədər mürəkkəb qurulmuş hadisələr Rusiyanın maraqlarına cavab verirsə, şübhələnmək üçün əsas var”.

İnqesson bildirib ki, Rusiya gizli üsullardan istifadə edir ki, insanlar onların hərəkətlərini dəstəklədiklərini dərk etməsinlər.

Onunla eyni fikri bölüşən İsveç Müdafiə Universitetinin kəşfiyyat analitiki Jorgen Holmlund: "Özünüzə sual verə bilərsiniz ki, Danimarka vətəndaşı niyə bura Rusiyanın maraqlarını müdafiə edən bir şəkildə işləməyə gəlib? Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı artıq bildiklərimizi nəzərə alsaq, İsveçdə də analoji strukturun yaradıla biləcəyini desəm, yanlış olmaz", - deyə o qeyd edib.

Ancaq Paludan ittihamları rədd edib. O, tapıntıları "gülünc" adlandırıb və müxbiri onun adından saxta profil yaratmaqda ittiham edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »