Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Kiyev istiqamətində buraxdığı PUA-lar məhv edilib
Rusiyanın Kiyev istiqamətində buraxdığı PUA-lar məhv edilib

Bu gecə Rusiya ordusu tərəfindən Ukraynanın paytaxtı istiqamətinə kamikadze "Shahed" PUA-ları buraxıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna Hava hücumundan müdafiə qüvvələrinin verdiyi məlumata görə, bütün hədəflər məhv edilib.

"Düşmən Kiyevə hücumunu dayandırmır. Bu gecə terror ölkəsi yenidən kamikadze PUA-larını paytaxt istiqamətində işə salıb. İlkin məlumata görə, bunlar “Şahed”in döyüş sursatları olub. Kiyev ətrafındakı hava məkanında aşkar edilən bütün hədəflər hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən məhv edilib", - Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko Telegram kanalında bildirib.

Onun sözlərinə görə, ilkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.

“Buna görə bir daha səma mühafizəçilərimizə - Hava Hücumundan Müdafiə Qüvvələrinə təşəkkür etməliyik! Onlar əsl qəhrəmandırlar!", - Kiyevin administrasiya rəhbəri rəhbəri əlavə etdi.

Çərşənbə axşamı, martın 22-nə keçən gecə Kiyev vilayətində pilotsuz təyyarənin hücumu təhlükəsi ilə əlaqədar hava həyəcanı elan edilib. Bundan əlavə, Çerniqov, Sumı, Jitomir, Poltava, Çerkassı, Rivne, Xmelnitski, Ternopil, Kirovohrad, Dnepropetrovsk, Zaporojye və Donetsk vilayətlərində təhlükə xəbərdarlığı edilib.

Ukraynanın bəzi bölgələrində partlayış səsləri eşidilib, əksər hallarda hava hücumundan müdafiə sistemi işləyirdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »