Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Ukraynaya 470 milyon dollar təmənnasız yardım ayırıb
Yaponiya Ukraynaya 470 milyon dollar təmənnasız yardım ayırıb

Yaponiya hakimiyyəti Ukraynaya təmənnasız yardım şəklində 470 milyon dollar ayırmağa qərar verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida Kiyevə səfərindən sonra jurnalistlərə açıqlama verərkən deyib.

“Biz Ukraynaya enerji və digər sahələrdə kömək üçün 470 milyon dollar ianə verəcəyik", - çərşənbə günü "Nikkei" qəzeti hökumət başçısının sözlərinə istinadən məlumat dəc edib.

Bundan əvvəl Kişida Ukraynaya qeyri-öldürücü avadanlıqların tədarükü üçün 30 milyon dollar ayrıldığını açıqlamışdı.

Kişida çərşənbə axşamı Kiyevə gəlib. O, Rusiyanın başlatdığı, bir ildən artıqdır davam edən müharibədən sonra Ukraynaya səfər etməmiş "Yeddilik Qrupu"nun son liderləri kimi bu səfəri gerçəkləşdirib.

Yaponiya bu il "G7"yə sədrlik edir və may ayında Xirosimada sammitinə ev sahibliyi edəcək. Bu şəhər 6 avqust 1945-ci ildə Amerikanın atom bombasına məruz qalıb. Kisida Zelenskini videobağlantı vasitəsilə sammitdə iştirak etməyə dəvət edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »