Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstanda ifşa edilən rus casusu qaçmağı bacarıb
Yunanıstanda ifşa edilən rus casusu qaçmağı bacarıb

Yunanıstanda Xarici Kəşfiyyat Xidmətinə və ya Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsində gizli işləyən rus casusu ifşa edilib.

Bizimyol.info xəbər verir ki, "Protothema"nın verdiyi məlumata görə, onu ölkənin Milli Kəşfiyyat Xidməti ifşa edib.

35 yaşlı İrina Smirevanın əvvəllər Meksika və Monteneqroda Peru vətəndaşının saxta sənədləri üzəri ilə işləyib. Yunanıstanda o, Afinaya köçmüş yunan mühacirlərinin qızının şəxsi sənədlərini götürərək Mariya Tsalla adına sənədlər alıb. Paqrati ərazisində şübhəli şəxs trikotaj sexi açıb.

Kəşfiyyat məlumatlarına görə, Smireva “qanunsuz” casusdur. Belə bir xüsusi kateqoriya Qərb ölkələrinə “xüsusi rol oynadığına görə” aid edilir. Sloveniyada həbs olunan iki rus agentinin onunla əlaqəsi üzə çıxanda ona diqqət daha da artıb.

Məlum olduğu kimi, o, Yunanıstanda ölənlərin məlumat bazasına daxil olmağa çalışıb. Rus qadın biznesini bağlayaraq, sosial şəbəkələrdəki bütün məlumatlarını silərək qaça bilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »