Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya: “Rusiya Ukraynada sülhə doğru addımlar atmır”
Yaponiya: “Rusiya Ukraynada sülhə doğru addımlar atmır”

Yaponiya hökuməti iddia edir ki, Rusiya Ukrayna ətrafında vəziyyətin sülh yolu ilə nizamlanması istiqamətində hər hansı addım atdığına dair heç bir əlamət göstərmir.

Bizimyol.info xəbər verir ki, bu fikri çərşənbə günü Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Tokioda keçirilən növbəti mətbuat konfransında bildirib.

“Prezident Si Cinpinq Rusiyaya səfər etdi, Çin və Rusiyanın tək qaldığını təsdiq etdi. Bununla belə, Ukraynaya təcavüz davam edir və Rusiyanın sülh yolunda addımlar atmaq istəyinə dair heç bir əlamət yoxdur", - deyə o, Si Cinpinqin Moskvaya səfərini Ukraynadakı vəziyyət kontekstində şərh edərkən bildirib.

Matsuno Çinin mövqeyini və Ukrayna böhranının həlli planını da tənqid edib: “Qeyd olunan planda Rusiya qoşunlarının Ukrayna ərazisindən dərhal çıxarılmasının zəruriliyi qeyd edilmir”, - deyə o bildirib.

Çin prezidenti Moskvaya martın 20-də gedib və dövlət səfəri martın 22-dək davam edəcək. Bu, Si Cinpinqin üçüncü beş illik müddətə Çin prezidenti seçildikdən sonra ilk xarici səfəridir.

Bazar ertəsi Çin dövlətinin başçısı Rusiya prezidenti Vladimir Putinlə qeyri-rəsmi görüş keçirib və nahar edib. Çin lideri rusiyalı həmkarını bu il Çinə səfərə dəvət edib. Martın 21-də iki ölkə liderləri də danışıqlar aparıb və onların yekunlarına dair birgə bəyanatla çıxış ediblər.

Fevral ayında Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqe sənədi dərc edib. Buraya 12 maddə daxildir; bunlar atəşkəs çağırışları, təhlükəsizlik sahəsində bütün ölkələrin qanuni maraqlarına hörmət, Ukraynada humanitar böhranın həlli, Moskva və Kiyev arasında hərbi əsirlərin mübadiləsi, o cümlədən, BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı olmadan birtərəfli sanksiyaların tətbiqindən imtina edilməsi.

Dərc olunmuş sənəddə Çin danışıqları “Ukrayna böhranının həllinin yeganə yolu” adlandırıb və bütün tərəfləri “bir-birinə doğru irəliləməkdə”, eləcə də birbaşa dialoqun tez bir zamanda bərpasında Moskva və Kiyevi dəstəkləməyə çağırıb. Vurğulanıb ki, dünya birliyi danışıqların bərpası üçün şərait yaratmalı və platforma təqdim etməlidir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »