Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 11 nəfər ölüb
Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 11 nəfər ölüb

Əfqanıstanda çərşənbə axşamı axşam saatlarında qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində azı 9 nəfər həlak olub. Əfqanıstanın şərqindəki Laqman əyalətində daha iki nəfər ölüb.

Bizimyol.info xəbər verir ki, çərşənbə axşamı səhər saatlarında Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi Əfqanıstanda 6,8 bal gücündə zəlzələ qeydə alıb. Daha sonra seysmoloqlar zəlzələnin maqnitudasını 6,5 olduğunu bildiriblər. Təbii fəlakət nəticəsində dağıntı və təlafatın olduğu bildirilir.

Zəlzələnin episentri Əfqanıstanın Pakistan və Tacikistanla sərhədi yaxınlığında, 12 min nəfərdən çox əhalisi olan İşkaşim şəhərindən 48 km cənub-qərbdə yerləşib. Zəlcələnin ocağı yerin 185 km dərinliyində olduğu bildirilir.

Zəlzələ Hindistan, Tacikistan, Özbəkistan və Qazaxıstan sakinləri tərəfindən də hiss olunub.

"News" qəzeti Xayber-Paxtunxva Fəlakətlərin İdarə Edilməsi İdarəsinin yenilənmiş məlumatlarına istinadən xəbər verir ki, indiyədək zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfər olub, daha 44 nəfər yaralanıb.

Çərşənbə axşamı səhər “Dawn” qəzeti Hayber Paxtunxvada dam və divarların uçması nəticəsində iki nəfərin öldüyünü, altı nəfərin yaralandığını bildirib. Öz növbəsində, "Reuters" Pakistan polisinə istinadən xəbər verib ki, Svat rayonundakı bu ərazidə 150-yə yaxın adam yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib. Bundan əlavə, Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin azaldılması agentliyinin sözçüsü agentliyə bildirib ki, Laqman əyalətində iki nəfər ölüb.

"Dawn" xəbər verir ki, yeraltı təkanlar Hayber-Paxtunxvadan başqa Pakistanın digər bölgələrində, o cümlədən Peşəvər, Lahor, Kvetta, Ravalpindi və İslamabadda da hiss olunub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »