Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ İrana qarşı altıncı sanksiyalar paketini tətbiq edir - Almaniya XİN
Aİ İrana qarşı altıncı sanksiyalar paketini tətbiq edir - Almaniya XİN

Avropa İttifaqı (Aİ) İran İslam Respublikasında insan hüquqlarının pozulması iddiası ilə əlaqədar Tehrana qarşı 6-cı sanksiya paketini tətbiq edir.

Bizimyol.info xəbər verir ki, bunu bazar ertəsi Almaniyanın xarici işlər naziri Annalena Burbok Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə deyib.

“Biz burada Brüsseldə, təbii ki, İrandakı vəziyyəti müzakirə edəcəyik. Və burada bizim üçün aydın şəkildə bildirmək vacibdir ki, heç kim qanundan üstün ola bilməz. Bu baxımdan biz Brüsseldə altıncı sanksiya paketini qəbul edirik ki, bu da İranda rejim tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasına göz yummadığımızı açıq şəkildə göstərir", - deyə Burbok qeyd edib.

Fevralın 20-də Aİ Şurası İranda insan hüquqlarının pozulması iddiası ilə 32 fiziki və 2 qurumu qara siyahıya salıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »