Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin prezidenti Si Cinpinq Moskvaya gəlib
Çin prezidenti Si Cinpinq Moskvaya gəlib

Çin lideri Si Cinpinq Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib. Flightradar24 xidmətinin məlumatına görə, Çin liderini gətirən təyyarə Vnukovo hava limanına enib.

Bizimyol.info xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi məlumata görə, Vladimir Putin və Si Cinpin arasında görüş təxminən saat 16:30-da baş tutacaq. Bu, qeyri-rəsmi naharda davam edəcək təkbətək söhbət olacaq.

Rəsmi Rusiya-Çin danışıqları martın 21-i saat 15:00-a planlaşdırılıb. Rusiya Federasiyası və Çin liderləri ikitərəfli məsələlərlə yanaşı, Pekinin təklif etdiyi “Ukraynada sülh yolu ilə nizamlanma” planını müzakirə edəcəklər.

Çin liderinin Rusiyaya səfəri martın 20-dən 22-dək davam etməlidir. Eyni zamanda, Rusiya mətbuatı bildirir ki, Ağ Ev Çinin Si Csinpinqlə Putinin görüşünü sülhməramlı missiya kimi təqdim etmək cəhdlərinin qarşısını almaq istəyir.

Amerikanın Müharibənin Tədqiqi İnstitutu (MTİ) hesab edir ki, Çin prezidenti Si Cinpinq Rusiyaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, çox güman ki, sanksiyalardan yayınma sxemləri və Çinin Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda vasitəçilik etmək marağı müzakirə olunacaq.

Si Cinpinq Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi ilə bağlı Çinin mövqeyini ümumbəşəri obyektiv və qərəzsiz” adlandırıb, həmçinin o, qeyd edib ki, ölkə “barışığa yardım etmək üçün fəal səylər göstərir.

Çin dövlət başçısının Rusiya prezidenti Putinlə görüşündən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə də telefon daçışığı olacağı barədə məlumat yayılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »