Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Si Cinpinq Putinlə görüşdən sonra Zelenski ilə danışacaq
Si Cinpinq Putinlə görüşdən sonra Zelenski ilə danışacaq

Çin Xalq Respublikasının sədri Si Cinpinq Rusiya Prezident Vladimir Putinin dəvəti ilə Moskvaya səfərə gedib.

Bizimyol.info xəbər verir ki, Kremlin Mətbuat xidmətindən verilən məlumata görə, səfərin protokoluna uyğun olaraq Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Çin lideri Rusiya prezidenti ilə iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.

Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir.

Moskvaya səfəri və Vladimir Putinlə görüşündən sonra Çin lideri Si Cinpinq Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparacaq.

Financial Times mənbələrə istinadən xəbər verir ki, bu, Si Cinpinq və Vladimir Zelenski arasında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ilk birbaşa təmas olacaq.

"Moskvaya səfərindən sonra Si Zelenskiyə zəng edə bilər. Bu, Sinin Zelenski ilə Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı işğaldan sonra ilk birbaşa əlaqəsi olacaq", - gündəliklə ilə tanış olan şəxs bildirib.

Müharibənin Tədqiqi İnstitutu hesab edir ki, Si Cinpinq Putinlə görüşərək sanksiyalardan yayınma sxemlərini və Çinin Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda iştirakını müzakirə edəcək.

Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə Çin lideri Si Cinpinq arasında söhbətin baş tutacağını hələlik dəqiq söyləmək mümkün deyil. O qeyd edib ki, dəqiqləşdirilmiş məlumat olanda ictimaiyyətə xəbər veriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »