Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Si Tzinpinin Rusiyaya səfərini diqqətlə izləyirik" - Yaponiya
"Si Tzinpinin Rusiyaya səfərini diqqətlə izləyirik" - Yaponiya

Yaponiya hökuməti Rusiya və Çinin Ukraynadakı vəziyyətlə bağlı hərəkətlərini diqqətlə izləyir.

Bizimyol.info xəbər verir ki, bunu bazar ertəsi Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Çin sədri Si Tzinpinin 20-22 martda Moskvaya səfəri ilə bağlı sualı cavablandırarkən deyib.

“Ukraynadakı vəziyyətə gəlincə, biz Rusiya və Çinin hərəkətlərini diqqətlə izləyirik və Tokio Pekini Ukrayna ətrafındakı vəziyyətə "məsuliyyətlə yanaşmağa" çağırır. Müharibə ilə bağlı ədalətli qərar qəbul edilməli, tərəflərlə müzakirələrdə qəbul edilməsi qaçılmaz olan konkret təkliflər səsləndirilməlidir", - deyə o qeyd edib.

Rusiya prezidenti Vladimir Putin və Si Tzinpinin Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir. Liderlər arasında danışıqlar ərəfəsində Çin Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Çin Ukrayna böhranı ilə bağlı obyektiv və ədalətli mövqeyini nümayiş etdirəcək, eləcə də sülh danışıqlarının irəliləyişində konstruktiv rol oynayacaq.

Fevralın 24-də Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı Pekinin mövqeyini əks etdirən 12 bənddən ibarət sənəd dərc edib. Orada Çin danışıqları yeganə yol adlandırıb, həmçinin bütün tərəfləri “bir-birinə doğru addım atmaqda”, eləcə də birbaşa dialoqun tezliklə bərpasında Moskva və Kiyevi dəstəkləməyə çağırıb.

Bundan əlavə, Çin Xalq Respublikası “alova yanacaq tökməməyə”, Ukraynadakı böhranın daha da gərginləşməsinin, nəzarətdən çıxmasının qarşısını almağa, tərəfləri müəyyən güzəştlərə hazır olmağa, həmçinin atəş və hərbi əməliyyatlar tam dayandırılana qədər vəziyyətin nəzarətdə saxlamağa kömək etməyə çağırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »