Əfqanıstanın hazırkı höküməti ölkə ərazisində narkotik vasitə olan marixuana yetişdirilməsini qadağan edib.
Bizimyol.info xəbər verir ki, bu barədə “Taliban” hərəkatının ali lideri Hibətullah Axundzadənin imzaladığı sərəncamda qeyd edilir.
“Ölkədə nakotik tərkibli bitkilərin yetişdirilməsi qəti qadağandır Məhkəmələr şəriət qanunlarına əsasən cinayətkarları cəzalandırmaq qərarına gəliblər", - deyə hərəkatın sözçüsü Zabiullah Mücahidin şənbə günü "Twitter"də dərc etdiyi fərmanda qeyd edildiyini bildirib.
Əfqanıstan dünyanın ən böyük tiryək istehsalçısı və ən böyük marixuana istehsalçılarından biridir. Ölkədə marixuana istehsalının həcmi ilə bağlı etibarlı məlumatlar mövcud deyil. BMT ekspertlərinin hesablamalarına görə, 2009-cu ildə Əfqanıstanda bu ölkənin 17 əyalətində marixuana becərilməsi üçün ayrılmış ərazinin 10 min hektardan 24 min hektara qədər olduğu hesablanıb.