Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova müharibənin bitməsi üçün Rusiyanın şərtlərini açıqlayıb
Zaxarova müharibənin bitməsi üçün Rusiyanın şərtlərini açıqlayıb

"Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərkib hissəsi kimi beynəlxalq məhkəmələrdə Rusiyaya qarşı bütün sanksiyalar və iddialar ləğvi olmalıdır".

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şənbə günü bildirib.

O, ABŞ dövlət katibi Entoni Blinkenin "dağıdıcı amerikalıların və müvafiq olaraq Ukraynanın mövqeyini birmənalı şəkildə ortaya qoyan" sözlərinə diqqət çəkib: "Birləşmiş Ştatlar Kiyevi silah və hərbi texnika ilə təmin etməyi davam etdirməkdə qərarlıdır. ABŞ böhranı həll etmək üçün Rusiya ilə heç bir diplomatik əlaqəyə girməmək istiqamətində yaxınlaşmaya reaksiya vermir. Davamlı sülhə nail olmaq üçün onun ayrılmaz hissəsi kimi beynəlxalq məhkəmələrdə Rusiyaya qarşı bütün qanunsuz sanksiyaların və iddiaların ləğvi olmalıdır", - Zaxarova agentliyin saytında yerləşdirilən mesajda bildirib.

O vurğulayıb ki, dayanıqlı sülhə nail olmaq üçün Ukraynaya silah və muzdluların gətirilməsinin qrşısının alınması, hərbi əməliyyatların dayandırılmasına, həmçinin Ukraynanın neytral bloksuz statusuna qayıtmasına nail olmaq lazımdır: “Ukraynanın demilitarizasiyası və denazifikasiyası həyata keçirilməli, onun ərazisindən irəli gələn bütün təhdidlər aradan qaldırılmalı, onun qeyri-nüvə statusu və rusdilli əhalinin, eləcə də milli azlıqların hüquqlarına riayət olunması üçün təminatlar verməsi təmin edilməlidir",- deyə Zaxarova əlavə edib.

Rusiya fevralın 24-də Ukrayna ərazisinə qoşun yeridib. Prezident Vladimir Putin bildirib ki, bu “Ukraynanın demilitarizasiyası və deazifikasiyası əməliyyatı”dır və Ukrayna ərazilərini işğal etmək Rusiya Federasiyasının planlarına daxil deyil. Lakin müharibə başlayan andan hadisələr tamamilə əks istiqamətdə inkişaf etdi. Rusiya Kiyev yaxınlığına qədər əraziləri işğal etdi və yaşayış məskənlərini böyük həcmli dağıntılara məruz qoydu. Əhaliyə qarşı qeyri-insani davranışlar tətbiq etdi.

Buna cavab olaraq Qərb dövlətləri Rusiyaya qarşı iqtisadi sanksiyaları tətbiq etməyə və sərtləşdirməyə başladılar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »