Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanla Türkiyə arasında tikinti işləri sahəsində əməkdaşlıq protokolu təsdiq edilib
Azərbaycanla Türkiyə arasında tikinti işləri sahəsində əməkdaşlıq protokolu təsdiq edilib

Azərbaycanla Türkiyə arasında tikinti işləri sahəsində əməkdaşlığa dair protokol təsdiq edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” təsdiq edilir.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.

Son xəbərlər
Bütün xəbərlər »