Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp sosial media hesabında bildirib: "Məni həbs edəcəklər"
Tramp sosial media hesabında bildirib: "Məni həbs edəcəklər"

Şənbə günü səhər Trump "Truth Social" sosial media platformasında Manhetten dairəsinin prokurorluğundan alınan məlumatlara görə, çərşənbə axşamı onun həbs ediləcəyini söyləyib.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın 45-ci prezidenti olmuş Donald Tramp öz izləyicilərini etiraza çağırıb. Tramp açıqlamasında “Etiraz et və ölkəni geri al” deyib.

Nyu-Yorkda hüquq-mühafizə orqanları Trampa qarşı ittiham irəli sürülməsi ehtimalı üçün təhlükəsizlik hazırlıqları görür. Keçmiş prezidentin ittiham olunacağı ilə bağlı hələlik heç bir açıqlama və ya müddət açıqlanmayıb. Rayon prokurorluğu medianın məsələ ilə bağlı şərh istəməsinə cavab verməyib.

Stormi Daniels 2016-cı ildə Trampla cinsi əlaqədə olduğu iddiası ilə bağlı səssiz qalmaq üçün 130 min dollarlıq bir müqavilə imzaladığını, lakin müqavilənin Tramp tərəfindən imzalanmadığı üçün etibarsız olduğunu iddia edib.

Tramp Danielsin ittihamlarını rədd edib. Lakin 2016-cı il seçki kampaniyasından əvvəl Trampın vəkili kimi fəaliyyət göstərən Maykl Koen Trampın adından Danielsə öz hesabından 130 min dollar ödədiyini təsdiqləyib.

Koen iddia edib ki, daha sonra ona bonuslarla birlikdə təxminən 420.000 dolları Trampın şirkətləri ödəyib.

2018-ci ilin dekabrında Trampın seçki kampaniyası ilə bağlı aparılan istintaqda “yalan danışmaq” və “vergidən yayınma” ittihamı ilə saxlanılan Koen məhkəmədə 3 il həbs cəzasına məhkum edilib və cəzasını çəkmək üçün 2019-cu ilin mayında Otisville federal həbsxanasına göndərilib.

O illərdə federal prokurorların Trumpa qarşı hər hansı bir araşdırma başlatmasını istəmədiyini, Manhetten bölgə prokurorluğu isə "susmaq ödənişi" alaraq istintaq işini açıq saxladığını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »