Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Scholz Putin barədə həbs qərarına münasibət bildirib: "Heç kim qanundan üstün deyil"
Scholz Putin barədə həbs qərarına münasibət bildirib: "Heç kim qanundan üstün deyil"

"Rusiya prezidenti Vladimir Putinin həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin orderi heç kimin qanundan üstün olmadığını göstərir".

Bizimyol.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

"Beynəlxalq Cinayət Məhkəməsi müharibə cinayətlərini araşdırmaq üçün düzgün qurumdur. Fakt budur ki, heç kim qanundan üstün deyil və bu, hazırda göz qabağındadır", - Scholz deyib.

Martın 17-də məlum olub ki, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsi üçün beynəlxalq order verib. Eyni order Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovaya da verilib. Onların hər ikisi Ukraynanın işğal olunmuş ərazilərində uşaqların kütləvi oğurlanmasını təşkil etməkdə şübhəli bilinir.

Mütəxəssislər qeyd edirlər ki, xüsusi olaraq uşaqların işi üzrə order verilməsi qərarını bu işlərdə artıq kifayət qədər tutarlı sübutların olmasından xəbər verir.

AB-nin baş diplomatı Josep Borrell xəbərdarlıq edib ki, “uşaq cinayətləri” işi üzrə həbs orderi rusiyalı hərbi cinayətkarların təqibinin yalnız başlanğıcıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »