"Rusiya hakimiyyəti çox güman ki, tələbələrin hesabına öz hərbi qulluqçularının sayını artırmaq üçün çağırış yaşını dəyişdirmək qərarına gəlib".
Bizimyol.info xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən bildirir ki, Rusiya Federasiyası hərbi xidmətə çağırılanları müharibə zonasına göndərməsə belə, çağırışçıların əlavə sayı müharibədə iştirak etmək üçün daha çox peşəkar əsgərin cəl edilməsinə imkan verəcək.
“Çox güman ki, hakimiyyət hərbi qulluqçuların sayını artırmaq üçün yaş həddini dəyişdirir, çünki tələbələr beləliklə xidmət etməyə məcbur olacaqlar. Tələbələri orduya cəlb edilməklə cəbhədəki itkilərin yerini doldurmaq mümkün olacaq. Onlar ən azı müharibədən uzaq bölgələrdəki hərbi hissələrdə xidmət edən peşəkar hərbçilərin müharibəyə göndərilməsinə imkan yarada biləcək", - deyə Britaniya kəşfiyyatı bu qənaətə qəldiyini bildirib.
Ukraynadakı rus işğalçı qoşunları böyük itki verdi - 18 mart tarixinə təxminən 164.200 işğalçı məhv edilib.
Keçən il sentyabrın 21-də Rusiya lideri Vladimir Putin “qismən səfərbərlik” elan etdi və orduya nəinki ən azı bir qədər hərbi təcrübəsi olanlar, kütləvi olaraq müyyən yaş həddində olan hər kəs çağırıldı. Sonradan hətta orduya yararsız insanların da səfərbərlik kampaniyası zamanı çağırışçılar arasında yer aldıqları etiraf edildi və xeyli insan saxlandıqları çağırış məntəqələrindən buraxıldı.
Qeyd edək ki, martın 13-də Rusiya Dövlət Dumasına çağırış yaşının artırılması ilə bağlı qanun layihəsinin təqdim edildiyi bildirilib. Qanun layihəsi 2024-cü ildə 18-30 yaşlı kişilərin oru sıralarına çağırışını təklif edir. Bundan əvvəl Ukrayna təhlükəsizlik qüvvələri Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəyə çağırışçıları göndərdiyini və gizli şəkildə səfərbərlik apardığını öyrənmişdi.
Qadir, Bizimyol.info