Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell: Bu, sadəcə başlanğıcdır, cəzasızlıq olmayacaq
Borrell: Bu, sadəcə başlanğıcdır, cəzasızlıq olmayacaq

Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarması prosesin yalnız başlanğıcıdır.

Bizimyol.info xəbər verir ki, Borrelin "Twitter" səhifəsində yazdığı kimi, Rusiya prezidenti Putin Ukraynaya qarşı törədilən cinayətlərə görə məsuliyyətdən qaça bilməyəcək.

“Ukraynadan uşaqların qanunsuz deportasiyası və Rusiyaya köçürülməsi ilə bağlı hərbi cinayətə görə Vladimir Putinin həbsinə order verilməsi ilə bağlı BCM-nin qərarı cinayət təqibi prosesinin başlanğıcıdır. Biz BCM-nin işini yüksək qiymətləndirir və dəstəkləyirik. Dünyada kimliyindən asılı olmayaraq, törətdiyi cinayət əməlinə görə heç kim cəzasız qala bilməz. Kütləvi qırğınlar və dinc əhaliyə, xüsusilə də uşaqlara qarşı törədilən cinatətlərə görə, bu əmri verənlər məsuliyyət daşımalıdır", - deyə Borrell yazıb.

Ukrayna mətbuatı daha əvvəl verdiyi məlumata görə, martın 17-də məlum olub ki, Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və Rusiya Federasiyasında uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib. Məhkəmədə qeyd edildiyi kimi, uşaqların Ukraynadan deportasiyasına görə Rusiya prezidentinin şəxsən məsuliyyət daşıdığını düşünmək üçün “kifayət qədər əsaslar” var.

Sərəncam 123 ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına Putini həbs etmək səlahiyyəti verir. Rusiya prezidentinin spikeri Dmitri Peskov orderin verilməsinin qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, Ukrayna lideri Vladimir Zelenski BCM-in bu qərarını tarixi qərar adlandırıb.

ABŞ prezidenti Bayden bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order vermək qərarı “çox sərt mövqedir”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »