Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ruslar üçün vizasız səfərlərə icazə verəcək
İran ruslar üçün vizasız səfərlərə icazə verəcək

"Rusların İrana vizasız qrup səfərləri sistemi yaxın vaxtlarda işə başlayacaq".

Bizimyol.info xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində İranın turizm, mədəni irs və sənətkarlıq nazirinin müavini Əli Əsgər Şalbafiyan deyib.

“Biz artıq bu məsələ üzərində işi (vizasız qrup səfərləri sistemi ilə bağlı) başa çatdırmışıq, razılaşmalar olub. Biz sadəcə olaraq Rusiya və İrandakı turizm agentliklərinin siyahılarını gözləyirik, çünki turizm agentliklərinin təsdiqlənməsi lazımdır. Bildiyimə görə, yazda artıq qərar qüvvəyə minəcək", - deyə bununla bağlı suala cavab verərəkən qeyd edib.

Bundan əvvəl Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, Rusiya və İran 2023-cü ildə ölkələr arasında vizasız turist səfərləri haqqında sazişi razılaşdırmağı planlaşdırır. Nazirin qeyd etdiyi kimi, ruslar arasında belə qruplar yaratmağı planlaşdıran turoperatorların siyahısı artıq razılaşdırılıb.

2022-ci ilin sentyabrında “Rosturizm”in rəhbəri vəzifəsində çalışmış Zarina Doğuzova bildirmişdi ki, agentlik İranla vizasız saziş çərçivəsində Rusiya turoperatorlarından müraciətlər toplamağa başlayıb. Doğuzova xatırladıb ki, 2021-ci ildə Rusiya və İran vətəndaşları üçün qarşılıqlı vizasız qrup turist səfərləri haqqında saziş qüvvəyə minib.

“Rosturizm”in çinlilərə bənzətməklə işləyib hazırladığı bu mexanizm Rusiya turoperatorlarına Rusiyada qəbul edib İrana 5 nəfərdən 50 nəfərə qədər turist qruplarını vizasız göndərməyə imkan verir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »