Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Putinin həbsi barədə məhkəmə qərarına münasibət bildirib
Bayden Putinin həbsi barədə məhkəmə qərarına münasibət bildirib

ABŞ prezidenti Co Bayden cümə günü deyib ki, o, Beynəlxalq Cinayət Məhkəməsinin (BMC) Haaqadakı ibtidai kollegiyasının Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsi barədə qərarını əsaslı sayır, lakin ABŞ bu məhkəmənin qərarını tanımır.

Bizimyol.info xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin verdiyi məlumata görə, bu barədə Bayden Delaverə uçmazdan əvvəl Ağ Evin Cənub Qazonunda jurnalistlərə danışıb.

BCM-nin Putinlə bağlı qərarına dair suala Bayden belə cavab verib: “Düşünürəm ki, bu, haqlı qərardır. Lakin məsələ ondadır ki, BCM beynəlxalq səviyyədə bizim tərəfimizdən tanınmır. Amma mən hesab edirəm ki, BCM çox güclü mövqe nümaiş etdirib", - Vaşinqton administrasiyasının rəhbəri deyib.

Cümə günü Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və Rusiya prezidentinin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın ukraynalı uşaqların “qanunsuz deportasiyası” ittihamı ilə həbsinə order verib. Bu qərarı şərh edən Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva BCM-nin yurisdiksiyasını tanımır. Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Haaqadan daxil olan məlumatlardan danışaraq, BCM-nin qərarlarının Rusiya üçün heç bir mənası olmadığını, mümkün həbs orderlərinin hüquqi cəhətdən etibarsız olduğunu bildirib.

Xatırladaq ki, BCM 1998-ci il Roma Statusu ilə yaradılıb. O, BMT-nin bir hissəsi deyil və nizamnaməni ratifikasiya etmiş ölkələr qarşısında cavabdehdir. Nizamnamənin iştirakçısı olmayan ölkələrə Rusiya (imzalanmış, lakin ratifikasiya edilməmiş), ABŞ (imzalanmış, lakin sonradan geri çəkilmiş) və Çin (əsasnaməni imzalamamışdır) daxildir. 2016-cı ildə Putin Rusiyanın BCM-yə üzv olmamasını nəzərdə tutan fərman imzalayıb.

Rusiya XİN-in fikrincə, bu məhkəmə ona verilən ümidləri doğrultmayıb və beynəlxalq ədalətin həqiqətən müstəqil orqanına çevrilməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »