Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkillər dünyanın ilk robot hüquqşünasını məhkəməyə verib
Vəkillər dünyanın ilk robot hüquqşünasını məhkəməyə verib

Bir şirkət tərəfindən "dünyanın ilk hüquqşünas robotu" olaraq təqdim edilən süni intellekt proqramı yaradılıb.

Bizimyol.info xəbər verir ki, şirkətin internet saytında veriləm məlumata görə, o, insanların vəkilə ehtiyac duymadan məhkəmə proseslərini idarə etməsinə imkan yaratmaq üçün buraxılıb.

"Bütün bunların məqsədi insanlar arasında bərabərliyi təmin etmək və hər kəsə qanuni yolla özünə kömək etmək imkanı yaratmaqdır. Lakin süni intellekt hazırda ittihamla üz-üzədir. Mart ayında Çikaqoda yerləşən Edelson hüquq firması robot proqramı məhkəməyə verib", - deyə məlumatda qeyd edilir.

Hüquq firması bildirdi ki, süni inellekt heç bir halda hüquq firması deyil, onun belə bir diplomu yoxdur və vəkil xidməti göstərə bilməz.

İddiaları qəbul etməyən və özlərini sona qədər müdafiə edəcəklərini deyən şirkətinin qurucusu "Business Insider"ə: "Bəzən qalib yalnız hüquqşünaslar olur. Ona görə də bununla bağlı nəsə etmək istədim. Bu hüquqşünas robot istehlakçılara şirkətlərə təkbaşına müqavimət göstərmək imkanı verəcək", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »