Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atatürkün vəsiyyəti: "Türk dünyası oyandığı zaman onlara getməyə gecikməyin" - Video
Atatürkün vəsiyyəti: "Türk dünyası oyandığı zaman onlara getməyə gecikməyin" - Video

Bir neçə gün öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə oktyabrın 3-də Naxçıvanda Naxçıvan müqaviləsi ilə yaranmış bir təşkilatdır. Həmin dövrdə TDT Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən yaradılmışdı. 2019-cu ildə Özbəkistan da TDT-na üzv olub.

“Türk dövlətləri dediyimiz zaman tarixi böyük mədəniyyəti təşkil edən bir anlayış nəzərdə tutulur. Xüsusilə Osmanlı dövlətinin çöküşündən sonra Sənaye inqilabı ilə başqa bir dünya yarandı. Türkiyə 1923-cü ildə yarandığı zaman, digər dövlətlər Sovet İttifaqı blokuna daxil olaraq, birləşməyə gecikdilər. İlk Türk dövlətinin qurucusu olan Məhəmməd Əmin Rəsulzadənin yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin uzun müddət yaşamaması, Türkiyə Cümhuriyyətinin daha çox yaşaması dönəmində Mustafa Kamal Atatürk bizə bir vəsiyyət etdi. O, deyirdi ki, “Sovet İttifaqı bu gün bizim dostumuz, müttəfiqimiz, amma təbiət bir gün başqa bir günə oyana bilər. Bu gün Sovet İttifaqının coğrafiyasında bizimlə dini, dili, tarixi bir olan soydaşlarımız var. Təbiət Türk dünyasına təkrar oyandığı zaman onlara getməyə gecikməyin”. Bu vəsiyyət, əslində Sovet İttifaqının bir gün dağılacağını və oradakı soydaşlarımıza qucaq açmağa hesablanmışdı”.

Bu barədə Bizimyol.info xəbər portalına Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün danışıb. O, qeyd edib ki, həmin dövrdə bununla bağlı Türkiyədə müxtəlif siyasi axımlar, müxtəlif partiyalar var idi. Belə ki, Alparslan Türkeşin Milliyyətçi Hərəkat Partiyası və onun yol yoldaşları "Türkçülük və Turançılıq" üzərindən siyasət aparırdılar. Eyni zamanda Hüseyn Nihal Atsızın və onun yol yoldaşlarının 1944-cü ildə Türkiyədə "Türkçülük və Turançılıq" hərəkatları ilə başlayan dövr, əslində bu gün Türk Dövlətləri Təşkilatının başlanğıcı idi.

Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün

Səlcuq Düzgün qeyd edib ki, əslində Türkiyə bu dövrə çox gecikib.

“Bilirsiniz, Türkiyə çox böyük terrorlar və çevrilişə cəhd hadisələri yaşadı”...

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »