Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova Paşinyandan incidi: “Bunu Ermənistan rəhbərliyinin vicdanına buraxırıq”
Zaxarova Paşinyandan incidi: “Bunu Ermənistan rəhbərliyinin vicdanına buraxırıq”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə Paşinyanın KTMT-nin Ermənistanı tərk etməsi ilə bağlı sözlərinə münasibət bildirib.

“Paşinyanın çıxışını görəndə nədənsə klassiklərdən daha iki sitat yadıma düşdü: Bulqakovun “Kim kimin üstündə dayandı”, Stanislavskinin “İnsan sənətdə özünü sevməməlidir, sənəti özündə sevməlidir” ifadələri.

Nəyin müzakirə olunduğunu anlamağa çalışın. Doğrudan da, kim nəyin üzərində dayanıb”,- deyə Zaxarova bildirib.

Qeyd edək ki, martın 14-də mətbuat konfransında Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bəyan edib ki, “istəyərək və ya istəmədən KTMT Ermənistan Respublikasını tərk edir və bu, bizi narahat edir”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın “Artsaxın təhlükəsizliyinin qarantı” olması barədə sözlərini də şərh edib.

"Tərəfimizin bütün öhdəlikləri aydın şəkildə göstərilib və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında da öz əksini tapıb. Sadəcə, bu sənədi açmaq lazımdır və görək tərəfimiz hansı öhdəlikləri daşıyır, hansı öhdəlikləri daşımır”,- deyə Zaxarova bildirib.

Zaxarova iddia edib ki, Rusiya sülhməramlıları gərginliyin qarşısını almaq və vəziyyətin sabitləşməsi üçün əlindən gələni edir.

"Əlbəttə, çox şey iştirak edən bütün tərəflərin bəyanatlarından və hərəkətlərindən asılıdır. Biz hesab edirik ki, bu bəyanatlar konstruktiv olmalı, ümumi uğura yönəlməlidir”,- deyə o, bildirib.

O qeyd edib ki, Rusiya qlobal sabitliyə nail olmaq üçün bunu diplomatik yolla etməyə çalışır.

“Biz Ermənistan rəhbərliyinin bəyanatlarını 2022-ci ilin oktyabrında Aİ-nin himayəsi ilə Praqada keçirilən sammitdə qəbul edilmiş xəttin davamı kimi qiymətləndiririk”,- deyə Zaxarova bildirib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı hökumətin iclasında bildirib ki, Rusiya “Dağlıq Qarabağ”a sülhməramlılar göndərmək qərarı ilə mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ehtimalını rəsmən bəyan edib və təhlükəsizlik qarantı rolunu öz üzərinə götürüb.

Qeyd edək ki, Zaxarovanın iddialarının əksinə olaraq “sülhməramlılar” Qarabağda gərginlik yaratmaqla məşğul olur, Azərbaycan ərazilərini qanunsuz olaraq silah daşınmasını təşkil edir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »