Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Novruz ritualları...
Novruz ritualları...

İllərin qovuşuğunda müəyyən fərqli rituallar keçirilir. Rituallar ilaxır çərşənbədə keçirilməlidir. Başqa günlərdə keçirilə bilməz. Bunu dünya alimləri də, rus alimləri də qeyd edir ki, illərin qovuşduğu gün önəmlidir. İllərin qovuşduğu gündə baş verən hadisələrə insan təsir edə bilməyəndə sözün gücü ilə, ritualın gücü ilə təsir göstərmək istəyir. Həmin dövrdə fallar meydana gəlib. Fallar ən qədim dövrlərdə Türk mədəniyyətində var. Rusiyada, uzaq şərqdə Orxon Yenisey çayı hövzəsində 8-ci əsrdə tapılmış “böyük Gültəkin”, “kiçik Gültəkin” abidələrində falnamədən söhbət açılır. İrqbitik-falnamə kitabında Orxon Yenisey abidələrində falların icra olunması ilə bağlı faktlar var.

Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli danışıb. O qeyd edib ki, bu abidələrdə daha çox zərlə fala baxmaqdan söhbət açılır. Məsələn göy cisimlərinin düzülüşü ilə bağlı və s. məsələləri öyrənməkdən ötrü zərlərlə fala baxılırdı.  Qədim dövrlərdə Türk mədəniyyətində oxla, odla, heyvan içalatı ilə fala baxırdılar.

Atəş Əhmədli Atəş Əhmədli

Folklorşünas bildirib ki, fallar birdən-birə meydana gəlməyib. Günümüzə gəlib çatan fallar zaman keçdikcə arxaik qatdan ayrılıb, müasir don geyindirilib. Onun fikrincə, bu gün icra olunan fallara baxsaq, bu falların əyləncə mqəsədilə həyata keçirildiyini görürük. Qədim dövrdə elə deyildi. Mifologiyada insan düşünürdü ki, icra etdiyi fal onun həyatının uğurlu olub-olmayacağı ilə bağlı bilgi verir. Və insan ona uyğun davranırdı. Mifologiyada yalan yox idi. İnsan bu fala çox inanırdı. İllərin qovuşuğunda falların icra olunmasının səbəbi həmin günün keçid olması ilə əlaqədar idi. Tonqaldan atlanmaq, suyun üzərindən keçmək bunların hamısı keçid hesab edilir.

“İlaxır çərşənbədə-torpaq çərşənbədə icra olunan falların hamısının məqsədi yeni ilə insanların öz həyatlarının, öz arzularının necə olacağı ilə maraqlanması ilə bağlı idi. Sanki bu təbiətlə öz arasında bir bağlılıq yaradırdı. Bir qavrayış var ki, insial magiya-ilk gün magiyası ... İlk gün bayramın necə qarşılanması məsələsi qədim dövrlərdən insnaları düşündürürdü. Çünki Novruz bayramında hər şey təzələnir və insan paklaşır. İnsan həm fiziki, həm mənəvi təmizlənir. Yeni geyimlər geyinir, yeni əşyalar alır. Bunlar Novruzun gəlişi ilə bağlı idi. İnsanlar Novruzun ilk gününü necə qarşıyacaqlarsa, həyatının da il boyu elə keçəcəyinə inanırdı. Bu səbəbdən insan bayramın ilk gününü daha şən keçirməyə çalışrıdı ki, il də onun üçün uğurlu keçsin. İcra olunan fallar da həmin gün təsir gücünə malik idi. Bu gün gənclər bu falları əyləncə məqsilə həyata keçirir”-deyən folklorşünas hesab edir ki, onlar bu fallara inansalar daha yaxşı olar. Onun sözlərinə görə, falların tərbiyəvi cəhətləri də var.

“Məsələn “qulaqfalı” deyilən falda hər zaman yaxşı, xoş sözlərin danışılması təlqin olunur. Əvvəla, bayramda sevinmək lazımdır. Qədim inanclara görə, bayram günündə əgər əli qoynunda, qəmli olarsansa şər qüvvələr sevinər. Şər qüvvələri sevindirməmək üçün insan bayramı xoş qarşılamalı, deyib gülməli idi. Qədim inanca görə bu belə idi. Bu səbəbdən də bilirdilər ki, qapı pusula bilər. O səbəbdən də valideynlər belə övladlarını təlqin edirdilər ki, yaxşı danışsınlar. Bu həm də tərbiyə idi”.

Və yaxud su falı zamanı qaba zinət əşyaları və üzük atılır, həmin əşyalar çıxarılan zaman vəsfi hallar oxunurdu. Vəsfi hallar əşyası çıxan insanla əlaqələndirilərdi. Bayatıların, vəsfi halların sözləri əsasında insanların həmin illə bağlı arzuları və xəyalları uyğunlaşdırılardı. Folklorşünas deyir ki, bu fallara daha çox qızlar baxardı. Çünki oğullar daha çox at üstündə təsvir edilirdi.

“Bir çox fallar var. Məsələn qapıya ayaqqabı atarlar, ayaqqabının uc hissəsi qapıya tərəf düşərsə, həmin qız ailə həyatı quracaq, daban hissəsi düşərsə, evdə qalacaq. Bu şəkildə inanclar vardı. İnsanlar bu fallarla öz bəxtlərini sınayırdılar. Yaxud duzlu kökə yeyər, yatardılar. İnanca görə, yuxuda qıza gəlib su verən oğlan onun taleyinə yazılmış oğlan olacaq. Onunla ailə quracaq, bəxti açılacaq. Bu kimi məsələlər var idi”-deyə folklorşünas əlavə edib..

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »