Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan-Türkiyə matçının biletləri “yoxa çıxdı” - Media səbəbini tapdı
Ermənistan-Türkiyə matçının biletləri “yoxa çıxdı” - Media səbəbini tapdı

“Ermənistan Futbol Federasiyası bazarda effektiv nəzarəti təmin edə bilməyib”.

Bizimyol.info xəbər verir ki, bunu “Joqovurd” qəzeti yazıb və biletlərin qıtlığının və onların kəskin bahalaşmasının səbəbini izah edib.

Nəşrin məlumatına görə, Ermənistan və Türkiyə komandaları arasında İrəvanda keçiriləcək futbol matçının təşkilatçıları 5 minə yaxın bileti öz yaxın və etibarlı adamlarına paylayıblar. “Ermənistan Futbol Federasiyası oyun zamanı həddi aşmaq hallarının qarşısını almaq üçün göstərilən sayda biletləri öz sadiq azarkeşləri arasında paylayıb. Martın 6-da onlayn bilet satışının başlandığı elan edilib və martın 13-də onların bitdiyi məlum olub.

Bu arada biletlər qara bazarda satılır və ilkin 3-5 min dram (13-22 AZN) əvəzinə 25-35 min dram (110-132 AZN) qiymətinə satılır. Onların bu hərəkəti azarkeşlərin qəzəbinə səbəb olub”,- deyə qəzet yazır.

Bundan əlavə, nəşr qeyd edir ki, bütün bunların fonunda məlum olub ki, yuxarıda sadalanan səbəblərdən 5 minə yaxın bilet ümumiyyətlə satılmayıb. Başqa sözlə, EFF bir tərəfdən bir çox vətəndaşı oyunu izləmək imkanından məhrum edib, digər tərəfdən spekulyasiya və saxtakarlığın qarşısını almaq üçün lazımi nəzarəti təmin edə bilməyib.

Xatırladaq ki, martın 25-də Ermənistan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasını qəbul edəcək. UEFA-nın qərarı ilə oyun türkiyəli azarkeşlər olmadan keçiriləcək.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »