Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinlə İlham Əliyev Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər
Putinlə İlham Əliyev Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev telefon danışığında Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsi üzrə əməli tədbirləri müzakirə ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı Kremlin mətbuat xidməti məlumat yayıb.

“Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsinə yönəlmiş praktiki tədbirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış məlum üçtərəfli sazişlərə uyğun olaraq müzakirə edilib. Həmçinin regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.

Ötən cümə axşamı Əliyev Ermənistanı 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatı pozmaqda ittiham edib. Xüsusilə, onun sözlərinə görə, Ermənistan hələ də qoşunlarını Azərbaycan ərazisindən tam çıxarmayıb, təxribatlar mütəmadi olaraq davam edir.

Bundan əvvəl Rusiya prezidenti Ermənistanın baş naziri Paşinyanla da telofon vasitəsi ilə danışıb.

Qeyd edək ki, Qarabağ ətrafında vəziyyət 2020-ci il sentyabrın 27-də, orada Azərbaycanın 30 il ərzində işğalda olan ərazilərini düşmən qüvvələrindən təmizləmək üçün apardığı aktiv hərbi əməliyyatlar başlayanda yenidən gərginləşmişdi. Noyabrın 9-dan 10-na keçən gecə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən münaqişə zonasında hərbi əməliyyatların tam dayandırılmasına nail olmağa imkan verən üçtərəfli bəyanat imzalanıb. Bu, Azərbaycan və Ermənistan tərəflərinin öz mövqelərində dayanmasını, bir sıra rayonların dərhal, digərlərinin də müəyyən vaxtlarda Azərbaycana geri qaytarılmasını, təmas xətti boyunca və Laçın dəhlizində Rusiya sülhməramlılarının yerləşdirilməsini nəzərdə tuturdu.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »