Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda milli ideologiya çox yüksək səviyyədədir"
"Azərbaycanda milli ideologiya çox yüksək səviyyədədir"

Azərbaycan dövlətçiliyinin, milli adət-ənənələrinin təbliği istiqamətində ölkədə vətəndaş cəmiyyəti, KİV dövlət qurumları hətta sıravi vətəndaşlar da əlindən gələni əsirgəmir. Hər bir azərbaycanlı başa düşür ki, Azərbaycan vətənidir və vətənin dünyada tanınması, adət-ənənələrinin, tarixinin, reallıqlarının dünya tərəfindən bilinməsi onun üçün də vacibdir. Məsələn ölkədən kənara çıxdığın zaman 20 il öncə “mən azərbaycanlıyam” deyəndə, bəziləri xəritədə Azərbaycanın harada olduğunu soruşa bilirdi. İndi isə, “mən azərbaycanlıyam” deyəndə, tarixindən, mədəniyyətindən, hətta adət-ənənələrindən söz aça bilənlər də tapılır. Yəni Azərbaycan müstəqillik əldə etdiyi 30 ildən böyük bir dövr ərzində özünü dünyaya tanıda bilib. Bugün dünya, Azərbaycanı qalib ölkə, regionda lider ölkə kimi tanıyır və qəbul edir…

Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda dövlətçiliyin təbliği milli ideologiyaya uyğun aparılır. Azərbaycanda milli ideologiya çox yüksək səviyyədədir və xalq-dövlət birliyi olduğuna görə bizim ümumiyyətlə dövlətimizin təbliğatı dövlətçiliyimizin aşılanması istədiyimiz və istənilən səviyyədə aparılır.

Ramiz Alıyev Ramiz Alıyev

Politolqoun fikrincə, problem o cəmiyyətlərdə olur ki, hakimiyyətdə olan siyasi partiya və şəxslə bağlı, xalqın yekdil rəyi olmur. Xalqın böyük əksəriyyəti həmin lideri dəstəkləmədiyi üçün hakimiyyətə qarşı münasibət mənfi olur. Vətəndaşlarda hakimiyyətə qarşı mənfi münasibət olanda bu mənfi reaksiya mənfi münasibət dövlətçiliklə də bağlı məsələdə, dövlətin təbliğiylə bağlı məsələdə özünü göstərə bilir.

Hakimiyyət və dövlət fərqli anlayışdır. Ancaq böyük əksəriyyət hakimiyyətdəki şəxsə olan rəğbətə görə dövlətçiliklə bağlı öz qərarını verir. Bu, bir çox ölkələrdə belədir. Hansı ölkədəki hökumətdə təmsil olunan şəxs xalq tərəfindən sevilirsə və xalqın böyük əksəriyyətinin rəğbətini qazanırsa, bu zaman dövlətə inamla bağlı məsələlərdə, ideologiyada, dövlətin təbliğində dövlətçiliyə sevgi və hakimiyyətə sevgi  yaranır.

Ramiz Alıyev hesab edir ki, Azərbaycanda hazırkı dövrdə elə bir problem görünmür.

“Hər bir vətəndaş öz çərçivəsində dövlətimizi, dövlətçiliyimizi təbliğ edir və bunu da həmin vətəndaşlar özlərinə borc bildikləri üçün edirlər. Onlara kimsə təsir etmir.

Bəzən narazı olduğumuz məqamlar da var. Məsələn, bəzi siyasi müxalif partiyalaradikal müxalifət nümayəndələri, blogerlər “Youtube” kanalları açıb, orada müəyyən mənfi istiqamətlər üzrə paylaşımlar edə bilir. Bilirsiniz ki, “youtube” kanalının açılması üçün heç bir sənəd tələb edilmir. Bir səhifə açıb, adlarını da bloger qoyub, burada paylaşımlar edir, danışıqlar aparır, savadsız olduqları üçün Azərbaycan dövlətinə zərər vururlar. Onların bilərəkdən və ya bilməyərəkdən apardıqları təbliğat Azərbaycan dövlətinə qarşı mənfi imic formalaşdıra bilir”-deyən politoloq bildirib ki, Azərbaycan dövlətinin təbliğini həm dövlət orqanları, həm də peşəkar media nümayəndələri yüksək səviyyədə təşkil edir. Vətəndaş cəmiyyəti nümayəndələri, könüllülər və gənclər təşkilatlarının nümayəndələri də bu istiqamətdə doğru təbliğat aparırlar.

Politoloq hesab edir ki, universitetlərdə və təhsil ocaqlarında bu məsələləri daha da artırmaq lazımdır. Çünki gənclərimizə tələbə və şagird olduğu məktəblərdə dövlətçiliklə bağlı anlayışlar aşılanmalıdır və dövlətçiliyin təbliği aparılmalıdır.

Ramiz Alıyevin fikrincə, biz gələcəkdə güclü dövlət olaraq qalmaq istəyiriksə, dövlətimizin daha da möhkəm olmağını istəyiriksə, mütləq şəkildə hər bir vətəndaş öz ailəsində öz övladları ilə dövləti sevmək, dövlətçiliyi təbliğ etmək istiqamətində söhbətlər aparmalıdır.

“İlk olaraq elə Azərbaycanın atributları olan bayrağımızı, gerbimizi evin ən üst yerində asmaq və ona xüsusi hörmət bəsləməklə, uşaqlarımızda gerbimizə, bayrağımıza, himnimizə, dövlət atributlarına böyük maraq və sevgi yaratmaq olar. Məktəblərdə də bu aşılanmalıdır. Belə olan zaman təhsil səviyyəsi yüksəldikcə, ali təhsil müəssisələri, universitet bilikləri formalaşdıqca həmin gənclər dövləti və dövlətçiliyi lazımınca təbliğ edəcəklər”- deyə politoloq əlavə edib.

Ramiz Alıyev hesab edir ki, radikal müxalifətin apardığı təbliğatın dövlətçiliyimizə nə qədər zərər onlar özləri belə dərindən bilmir.

“Onlar bilməlidirlər ki, bizə düşmən olan ölkə Ermənistanın dövlətimizə vurduğu zərbədən daha çox zərbə vururlar. Dövlətimizə qarşı müəyyən mənada təbliğatda müəyyən qədər qarayaxma kampaniyaları da aparılır. Bu da Azərbaycan dövlətinə qarşı vurulan zərbədir”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği.

Son xəbərlər
Bütün xəbərlər »