Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fəxr edirlər ki, “bizdə rüşvət yoxdur”... Rüşvət olmalıdırmı?"
"Fəxr edirlər ki, “bizdə rüşvət yoxdur”... Rüşvət olmalıdırmı?"

“Ali təhsil haqqında qanun” layihəsinin müzakirəsində mən də iştirak edirdim və o müzakirədə İqtisad universitetinin rektoru Ədalət Muradov məhz qanun layihəsilə bağlı fikirlərini ifadə etdi. O, bildirdi ki, ali təhsil müəssisələrinə qəbul ilə bağlı qərar məmur tərəfindən verilə bilməz. Ədalət müəllimin çıxışı faydalı bir çıxış idi. Həm də bütövlükdə qanun layihəsinin daha mükəmməl şəkildə formalaşmasına hədəflənmişdi. Nazir də öz fikilrərini bildirdi. Ali təhsil müəssisələrinin idarə edilməsinin muxtariyyət məsələsində maraqlı məqamlar var”.

Bu barədə Bizimyol.info xəbər portalına fəlsəfə doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov danışıb. O, ali təhsil müəssislərinə qəbul zamanı məmur müdaxiləsi fikrinə aydınlıq gətirib.

İlqar Orucov İlqar Orucov

“Tutaq ki, Tibb Universitetinə qəbul olmaq arzusunda olanlar imtahanda aşağı bal toplayanda məhz həmin qrupda aşağı keçid balı olan ixtisasları seçirlər. Onların hədəfi ora deyil. Yəni burada bu qərar abituriyent verməlidir, hansısa qurum deyil. Burada Dövlət İmtahan Mərkəzi hədəf götürülməyib.

Nazirin qəbul prosesi ilə bağlı səsləndirdiyi fikir ədalətli fikir idi, həm də həqiqətdir. Biz bu həqiqətləri deməsək, inkişaf edə bilmərik. Bu baxımdan mən həm naizirin çıxışını doğru və ədalətli hesab edirəm, həm də Ədalət Muradovun çıxışı həqiqət idi”,- deyə İlqar Orucov qeyd edib.

Ekspert bildirib ki, bu gün Azərbaycan universitetləri fəxr edirlər ki, “bizdə rüşvət yoxdur”… Universitetdə rüşvət olmalıdırmı?

“Universitetlərdə keyfiyyətli təhsil olmalıdır, universitetlər əmək bazarı üçün keyfiyyətli kadr hazırlamalıdır. İnsanlar universitetlərdə niyə təhsil almaq istəyirlər? Əmək bazarında yer tutmaq, mütəxəssis olmaq üçün. Təəssüf edirəm ki, Azərbaycanda 5-6 universitetdən başqa digər universitetlər bunu yetərli səviyyədə verə bilmir. Problem bundadır və bu problemlər çox ciddi problemlərdir”,- deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »