Qarabağın erməni icması ilə ilk görüş Xocalıda keçirilmişdi. Bundan sonra danışıqların davam etdirilməsi üçün onlar Bakıya dəvət edilsələr də, bu dəvətdən, bu təklifdən imtina etdilər. Amma prezident İlham Əliyevin də dediyi kimi bu məsələnin iki çıxış yolu var. Ya ermənilər danışlqara gedəcək, ya da ərazidən gedəcək... Üçüncü yol isə, hərb yolu ola bilər ki, bu yolu da bəzi politoloqlar irəli sürür. Və hesab edirlər ki, ermənilər müharibəni öz evlərində, öz yuvalarında hiss etməyənə qədər, qaçqınlıq acısını yaşamayana qədər, itkilər verməyənə qədər bu danışqlar uzanacaq...
Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan hələ də, konstruktiv yanaşmasını davam etdirir. Humanitar məntiqdən çıxış edərək, Azərbaycan ərazisində olan etnik ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası və infrastruktur məsələlərinin həlli ilə bağlı mövqeyini aydın şəkildə bəyan edir.

“Xocalıda ilk görüş həyata keçirildi. Azərbaycan tərəfindən deputat Ramin Məmmədov xüsusi şəxs təyin edilib. Növbəti görüşün Bakıda keçirilməsi ilə bağlı Azərbaycan Respublikası prezidentinin administrasiyasından məlumat paylaşıldı. Baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan öz siyasi xəttinə sadiqdir. Ardıcıl və prinsipial mövqe sərgilənir”,- deyən politoloq qeyd edib ki, erməni tərəfi öz mənfur xislətinə və ənənəsinə sadiq qalaraq, bu təklifdən və əldə olunan yeni fürsətdən imtina edib.
“Belə görünür ki, Ermənistan tərəfi sülh, təhlükəsizlik, sabitlik istiqamətində irəli sürülən bütün təşəbbüsləri inkar etməkdə maraqlıdır. Yəni, onlar hələ də, öz hərbi siyasi təxribatlarını davam etdirirlər. Antiterror əməliyyatının həyata keçirilməsi, Laçın yoluna paralel yoldan hərbi yüklərin, silah-sursatın, minalarln daşınmasının qarşısını almaq üçün Azərbaycan tutarlı addımlar atmalıdır. Çünki sülh və danışıqlar yolu ilə, dinc yolla Azərbaycanın irəli sürdüyü təşəbbüslərin inkar edilməsi onların aradan qaldırılması prosesinə şahidlik edirik”-deyən politoloq bildirib ki, məhz bu səbəbdən də Azərbaycan tərəfi masa üzərində olan bütün variantları nəzərdən keçirərək, ən düzgün olanı edəcək.
İlahin, Bizimyol.info