Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün "Artilleriyanın Allahı" adlandırılan Əli Ağa Şıxlinskinin doğum günüdür
Bu gün "Artilleriyanın Allahı" adlandırılan Əli Ağa Şıxlinskinin doğum günüdür

Bu gün Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərb nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı Əli Ağa Şıxlinskinin doğum günüdür. "Artilleriyanın Allahı" adlandırılan generalın Sovet Azərbaycanı ordusunun yaradılmasında, formalaşdırılmasında, azərbaycanlı gənclərin hərbi biliklərə yiyələnməsində böyük rolu olub.

Hərbi ekspert, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli Bizimyol.info xəbər portalına general Əli Ağa Şıxlinski haqqında danışıb.

Ramil Məmmədli Ramil Məmmədli

“Tanınmış hərbi xadim Əli Ağa Şıxlinskinin taleyinə 3 orduda xidmət etmək düşmüşdü. Çar rusiyası, Azərbaycan - 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti və Sovet ordusunun Azərbaycan istiqamətində olan hərbi birliklərin formalaşdırması məhz Əli Ağa Şıxlinskinin fəaliyyəti nəticəsində həyata keçmişdi.

Əli Ağa Şıxlinski hələ çar rusiyası dövründə, öz dövrünün artilleriya birliklərinin unikal və zərbə, artilleriya zərbələrinəzəri və praktik funksiyasını yaratmışdı. Və məhz bu uğurlu nəzəri və tətbiqi təcrübə və bilik nəticəsində, çar rusiyasının ordusu özünün həyata keçirdiyi müharibələrdə böyük uğur qazanmış, düşmən hədəflərini məhv edilməsi çox asanlıqla həyata keçirilmişdi. Buna görə də Əli Ağa Şıxlinskiyə Rus ordusunun “artilleriyasının Allahı” ləqəbi verilmişdi”...

Ramil Məmmədli bildirir ki, çar rusiyasına süqutundan sonra Azərbaycan ordusunun yaradılmasında da Əli Ağa Şıxlinski, Səməd bəy Mehmandarov, Feyzulla Mirzə xan Qacar, Həbib bəy Səlimov kimi sərkərdələrlə birlikdə Azərbaycan ordusunun yaradılması prosesində iştirak etmişdi. Onun sözlərinə görə, Əli Ağa Şıxlinski bu prosesdə iştirak etməklə yanaşı Qarabağ bölgəsində erməni hərbi birliklərinə qarşı və həmçinin Bakının azad olunmasında bolşevik-daşnak hərbi birliklərinə qarşı böyük uğurlu əməliyyatların müəllifi olmuşdu. Azərbaycan ordusunun yaradılması prosesi məhz Əli Ağa Şıxlinskinin adıyla bağlıdır.

“Təbii ki, Azərbaycan Xalq Cümhuriyyəti 2 ildən sonra, 1920-ci ildə süquta uğrayır. Bundan sonra onun hərbi bilik və bacarığı yüksək olduğuna görə Nəriman Nərimanov və o zaman Sovet Azərbaycanının yaradıcıları və sovet ordusunun yaradıcıları onun bu prosesdə iştirakını məqsədəuyğun hesab etmişdilər. Əli Ağa Şıxlinskinin xüsusi bilik və bacarığı, təcrübəsi o qədər yüksək idi ki, bütün dövlətlərin ordularında xidməti məqsədəuyğun hesab edilmişdi. Ümumiyyətlə, Əli Ağa Şıxlinskinin Azərbaycanlıların hərbi biliyə yiyələnməsi, azərbaycanların hərbi məktəblərdə təhsil alması, hərbiçi kimi formalaşmasında böyük əməyi olmuşdur”-deyən ekspert təəssüflə qeyd edir ki, Əli Ağa Şıxlinskinin bilik və bacarığı, təcrübəsi sonrakı dövrlərdə öyrənilməyib.

“Onun təkcə bilik və bacarığı, həm də rus-türkcə hərbi lüğəti bu gün də aktualdı və terminoloji baxımdan Azərbaycan ordusunda, silahlı qüvvələrində istifadə olunması zəruridir”-deyən ekspert hesab edir ki, Əli Ağa Şıxlinskinin fəaliyyəti birmənalı olaraq, Azərbaycanın hərbi məktəblərində, orta məktəblərdə hərbi nəzəri elm kimi tədris olunmalıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »