Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da çökən bankda pulların yuyulmasının mümkünlüyü araşdırılıb
ABŞ-da çökən bankda pulların yuyulmasının mümkünlüyü araşdırılıb

Dağılmadan əvvəl Signature Bank ABŞ tərəfindən kriptovalyuta müştəriləri və müştərilər tərəfindən mümkün çirkli pulların yuyulması ilə bağlı istintaq altında idi.

Bizimyol.info xəbər verir ki, bu barədə Bloomberg məlumatlı həmsöhbətlərinə istinadən mlumat yayıb.

Bildirilir ki, Vaşinqton və Manhettendə Ədliyyə Departamentinin müstəntiqləri bankın potensial çirkli pulların yuyulmasını aşkar etmək üçün kifayət qədər addımlar atıb-atmadığını araşdırıblar. Bu tədbirlərə hesab açanların yoxlanılması və cinayət əlamətlərinə görə əməliyyatların monitorinqi daxil olub.

Bank bağlanan zaman isə nə bankın özü, nə də işçiləri qanunsuzluqda ittiham olunmayıb, ona görə də istintaq əlavə tədbirlər görülmədən başa çata bilər.

İstintaqın nə vaxt başladığı və bunun bazar günü ABŞ tənzimləyicilərinin bankı bağlamaq qərarına təsir edib-etmədiyi məlum deyil.

Rəsmi olaraq ABŞ Federal Ehtiyat Sistemi, bankın öz əməliyyatları ilə bağlı “etibarlı və ardıcıl məlumatları” açıqlamamasından sonra idarəçiliyə inamını itirdiyini bildirib.

Qeyd edək ki, indi ABŞ-da Signature Bank üçün alıcı axtarırlar.

Signature-ın iflası kriptovalyuta sənayesinə də xidmət edən Silvergate Capital Corp və SVB Financial Group bankının iflasından sonra baş verib.

Xatırladaq ki, bazar ertəsi ABŞ SVB bank depozitlərinin təhlükəsizliyinə zəmanət verdi, lakin bu hərəkətlər investorları dünyanın digər banklarının vəziyyəti ilə bağlı əmin edə bilmədi, aparıcı bankların səhmləri düşdü .

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »