Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan tərəfi Rusiya və Azərbaycanın xarici işlər nazirləri ilə görüşə hazırdır”
“Ermənistan tərəfi Rusiya və Azərbaycanın xarici işlər nazirləri ilə görüşə hazırdır”

Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə hazır olduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Paşinyan çərşənbə axşamı mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda Ermənistanın xarici işlər nazirinin (Ararat Mirzoyanın) Moskvaya səfəri planlaşdırılır, orada bu məsələ müzakirə olunacaq.

Bundan əlavə Paşinyan qeyd edib ki, nazirlərin əvvəllər planlaşdırılan görüşünün ləğv edilməsinin səbəbi kəskin böhranla bağlıdır və o zaman Mirzoyanın İrəvanda olması lazım idi.

"Biz görüşdən imtina etmədik. Sadəcə, o vəziyyətdə nazirin İrəvanda olması lazım idi. Amma biz bu görüşə hazırıq və görüşün ləğv olunmadığını dedik", - deyə o, əlavə edib.

Xatırladaq ki, 2022-ci il dekabrın 22-də Ermənistan tərəfi “Laçın dəhlizindəki vəziyyət və Qarabağdakı humanitar böhran” kimi bəhanələr uyduraraq Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvada planlaşdırılan görüşünün təxirə salınmasını istəyib.

Onu da əlavə edək ki, bu ilin fevralında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, Moskva regionda vəziyyəti sabitləşdirmək üçün Rusiya Federasiyası, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »