Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu cərimə vətəndaşları siqaret kötüklərini yerə atmaqdan yayındırmaq üçündür"
"Bu cərimə vətəndaşları siqaret kötüklərini yerə atmaqdan yayındırmaq üçündür"

Nadir hallarda siqaret istifadəçiləri siqareti çəkib bitirdikdən sonra onu atmaq üçün qutu axtarır. Əksər hallarda kötükləri ya ayaq altına atıb əzir, ya da heç kim görməyirmiş kimi kənara atırlar. Əslində bu - yəni siqaret kötüklərinin yerə atılması İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir və buna görə vətəndaşlar 50 manata cərimə edilə bilərlər. Daxili İşlər Nazirliyi də bu günlərdə bu məsələ ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bildirilib ki, bu sahəyə polis nəzarəti gücləndirilib.

Qeyd edək ki, Azərbaycanda "Tütün və ya tütün məmulatı haqqında" Qanuna əsasən, siqaret kötüklərinin ətrafa atılması inzibati məsuliyyət yaradır. Və siqaret kötüklərini ətrafa atan şəxslər cərimə edilir. Amma gəlin etiraf edək ki, bu məsələdə dövlət qurumlarının da öhdəlikləri var.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu qayda əvvəldən var. Yəni, İnzibati Xətalar Məcəlləsinin 212.4 maddəsinə görə siqaret kötüklərinin ətrafa atılmasına görə, şəxslər 50 manat məbləğində cərimə edilir.

Hüquqşünas Ramil Süleymanov Ramil Süleymanov

Hüquqşünasın sözlərinə görə, bu cərimə vətəndaşları siqaret kötüklərini yerə atmaqdan yayındırmaq üçündür.

“İXM -nin inzibati xəta törədən şəxsin və yeni inzibati xətanın törədilməsi ilə bağlı önləyici və qabaqlayıcı tədbirin alınması və inzibati xəta törətmiş şəxsin bir daha həmin xətanı törətməməklə bağlı tərbiyələndirici funksiyası var. Ümumi şəkildə götürəndə bununla bağlı dövlətin-dövlət quurmlarının, icra hakimiyyətlərinin, bələdiyyələrin və s. bir sıra pozitiv öhdəlikləri də var. Bu pozitiv öhdəliklər siqaret kötüklərinin atılması üçün ərazilərə yaxın məsafələrdə zibil qablarının yerləşdirilməsi, eyni zamanda məlumatlandırıcı reklam banerləri və ya lövhələrin quraşdırılmasıdır. Bu tədbirlərin görülməsinin böyük əhəmiyyəti var”,- deyən hüquqşünas bildirib ki, ətraf mühiti çirkləndirən istənilən şəxs, müvafiq qaydada tənbeh olunmalıdır. Eyni zamanda ictimai qınaq da olmalıdır. Əslində ətraf mühiti çirkləndirməmək insanın düşüncəsinə bağlı bir məsələ olmalı və heç bir cərimə olmadan insanlar təmizlik məsələlərinə əməl etməlidir.

Görünür ki, hamı təmizliyi öz xoşu ilə sevmir. Bəzən, ətrafı çirkləndirənləri cərimə etməyə ehtiyac var. Yollara tüpürən, siqaret kötüyü atan, tum çırtlayıb tökən və s. şəxslər mütləq şəkildə cərimə edilməlidir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »