Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üçüncü yol hərb yoludur...
Üçüncü yol hərb yoludur...

Bir neçə gün öncə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi və digər məsələlərin müzakirə edilməsi üçün ikinci görüşə Bakıya dəvət etsə də, erməni tərəfi bu təklifdən imtina edib. Bu da onu sübut edir ki, erməni tərəf yeni reallıqları başa düşmür və mövcud vəziyyətdən çıxış yolunun Bakı ilə danışıqların aparılmasında olduğunu görmür.

Ölkə prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bu vəziyyətə toxunmuş və qeyd etmişdi ki, ermənilərin başqa çıxış yolu yoxdur, ya danışıqları davam etdirməli, ya da ərazini tərk etməlidirlər. Yəni bu məsələdə 3-cü yol yoxdur. Amma görünən odur ki, ermənilər xoş dildən anlamır… Bəlkə də onlara hərb yolunu, məğlubiyyəti bir daha daddırmaq lazımdır?!

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qarabağda yaşayan ermənilərin nümayəndələrinin reinteqrasiya və infrastruktura məsələləri ətrafında növbəti müzakirələrdən imtina etmələri təəssüf doğurur. Bu da bir daha göstərir ki, separatçılar ağır məğlubiyyətdən düzgün nəticə çıxarmayıblar və hələ də erməni-daşnak millətçiliyinin girovluğundadırlar. Eyni zamanda, regionda gərginliyin saxlanılmasında maraqları olan geosiyasi qüvvələrin tapşırıqlarını icra edirlər.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Deputat qeyd edib ki, ötən gün Almaniya federal-kansleri ilə keçirilən mətbuat konfransında Prezident İlham Əliyev Ermənistana növbəti dəfə xəbərdarlıq etdi və bildirdi ki, onlar bu tarixi fürsətdən yararlanmalı, sülh müqaviləsini inzalamalıdırlar.

“Cənab Prezidentin sözləri Qarabağ erməniləri üçün də siqnaldır. Onlar da özlərində iradə-güc tapmalı, birdəfəlik tarixi düşmənçiliyiə son qoymalıdırlar. Başa düşməlidirlər ki, Azərbaycandan kənar heç bir perspektivləri yoxdur. Əbədi düşmənçilik isə, heç kimə xeyir gətirməz”,- deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »