Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ali təhsil haqqında” qanuna dəyişikliklər hansı təsiri göstərəcək?
“Ali təhsil haqqında” qanuna dəyişikliklər hansı təsiri göstərəcək?

Milli Məclisin Elm və təhsil komitəsinin Elm və Təhsil Nazirliyi ilə birlikdə "Ali təhsil haqqında" keçirdiyi 12 fəsil və 55 maddədən ibarət olan qanun layihəsinin ictimai dinləməsində bu qədər fəallıq göstərilməsi və artıq 600-ə qədər təklif təqdim olunması, sosial mediada geniş ictimaiyyətin nümayəndələri tərəfindən kifayət qədər obyektiv və subyektiv fikirlər səsləndirilməsi bir daha göstərdi ki, istər təhsilin orta-ixtisas, ali, doktorantura səviyyələrində, istər, kvalifikasiya artırılması, diplomların tanınması, qəbul qaydaları, ali təhsil müəssisələrinin akademik muxtariyyəti və dəgər vacib sahələrdə cidi nöqsanlar və boşluqlar, həllini gözləyən xeyli problemlər hələ də qalmaqdadır.

Bu barədə Bizimyol.info xəbər portalına təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov danışıb. O, qeyd edib ki, bu problemlərin bir çoxu müstəqilliyimizin ilk illərində ölkədə sosial, iqtisadi, mədəni və digər sahələrində yaranan boşluqlarla müşayət olunan və təhsilə də təsirsiz ötüşməyən keçid dövrünün bəzi fəsadları ilə bağlı olsa da, digər əksəriyyəti idarəetmədə sonradan yol verilən nöqsanlarla bağlıdır əlaqədar meydana çıxıb.

Nadir İsrafilov Nadir İsrafilov

“İstənilən halda sənəddə Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş milli təhsil sistemimizin inkişaf strategiyasında, rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi üçün insan kapitalının formalaşdırılması konsepsiyasında, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və digər dövlət sənədlərində təhsillə bağlı müəyyən edilən istiqamətlərin, qarşıya qoyulan hədəflərin öz əksini tapması və bunun konstruktiv dialoq və geniş müzakirəyə çıxarılması aşkarlıq və şəffaflıq prinsipinin reallaşdırılması və ümumi ictimai rəyin öyrənilməsi baxımından təqdirəlayiqdir”,- deyə ekspert bildirib.

Nadir İsrafilov həmçinin bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsünə məlum olduğu kimi hələ 2012-ci ildən etibarən həm doqquzillik, həm də onbirillik təhsil bazasından məzun olan tələbələrə subbakalavr dərəcəsi verilməyə başlanılıb. Ekspertin sözlərinə görə, bu da o məqsədlə edilib ki, orta ixtisas təhsil müəssisələrini bitirən şəxslər imtahansız, müsabiqə əsasında ali məktəblərin bakalavr pilləsində təhsil ala bilsinlər.

“Yəni, burda əsas məqsəd bir növ kollec tələbələrinin ali təhsil almaq arzusunu həyata keçirməsinə şərait yaratmaqdır və ümid etmək olar ki, kolleclərin ali təsilin bir hissəsi kimi tanınması təşəbbüsü subbakalavr məzunlarının əmək bazarında yer tutmalarına müəyyən zəmin yarada bilər. Stimullaşdırıcı bu təşəbbüsün gündəmə gətirməsi subbakalavr pilləsi məzunlarının həm dövlət, həm də özəl sektorlarda müəyyən üstünlük əldə etməsi, iş imkanlarının yaxşılaşması ilə nəticələnə bilər. Kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması, heç bir halda kolleclərin ləğv olunacağı anlamına gəlmir, əksinə təhsilin bu pilləsinində problemin daha dərin olmasına diqqət çəkməkdir”,- deyə ekspert əlavə edib.

Qanun layihəsinə rəy və təkliflərə ayrı-ayrılıqda münasibət bildirməyin imkan xaricində olduğunu qeyd edən Nadir İsrafilov onu da əlavə edib ki, təkliflər içərisində hamı tərəfindən yekdiliklə qəbul edilə biləcək mülahizələr də var və heç də hamı tərəfindən birmənalı qarşılanmayan fikirlər də.

“Söz demək xatirinə söz deyənlər də digərlərindən heç də az deyil. “Qanun”a ediəcək dəyişikliklər nə effekt verəcək - bunu zaman deyəcək”,- deyə ekspert fikrini yekunlaşdırıb…

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »