Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanla münasibətləri gərginləşən kimi İran bu yola əl atır"
"Azərbaycanla münasibətləri gərginləşən kimi İran bu yola əl atır"

İran molla rejiminin riyakar siması özünü daha çox 2020-ci il Vətən müharibəsindən sonra göstərməyə başladı. O zamana qədər mollalar üzümüzə gülüb, başımıza daş yağdırsa da susurduq, çünki biz qardaşlıq və qonşuluq prinsiplərinə əməl edən bir millətik. Biz o zaman qarşılıq verməyə başladıq ki, İran artıq kartlarını açdı. Azərbaycanla açıq mübarizəyə başladı. İndi də verdiyimiz qarşılıq münasibətlərdə bir neçə addım geri çəkilməkdən ibarətdir. Çünki Azərbaycan İran kimi terror ölkəsi deyil ki, İranın Bakıdakı səfirliyində terror hadisəsi törədib, adını məişət zəminində qarşıdurma qoyub, cinayətkarı da psixi xəstə kimi psixi xəstənaya salsın. Yəni biz azərbaycanlılar bu addımı atacaq qədər insanlıqdan kənarlaşmamışıq… Və Azərbaycanda din pərdəsi altında İran əleyhinə təbliğat maşını yoxdur. Yəni hiyləsiz, riyasız uzaqlaşmağı bacarırıq… Ən düz olanı da bu deyilmi?

“İranın terrorçu siyasəti bütün dünyaya bələddir. İran nəinki cənublu soydaşlarımıza qarşı, hətta öz vətəndaşlarına da terrorçu niyyətiylə yanaşır. Bir neçə gündür Tehrandakı mitinq və çıxışlar səngimək bilmir. Qonşu dövlət Azərbaycana qarşı isə xüsusi bir anti-siyasət yeridir. Bu siyasət isə 44 günlük müharibədən sonra daha da kəskinləşdi. Bugün münasibətlər daha da qopma mərhələsinə gəlib çatıb. Bu gərginliyi artıran İranın sərgilədiyi mövqedir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. O, qeyd edib ki, İran Azərbaycanla münasibətləri gərginləşən kimi Güney Azərbaycana qarşı ayrıseçkilik siyasətini daha da alovlandırır.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Deputat qeyd edib ki, digər tərəfdən İran regionda hər sahədə inkişaf edən, xüsusilə beynəlxalq aləmdə nüfuzu artan Azərbaycandan narahatdır. Bu səbəbdən də Ermənistan kimi terrorçu bir dövlətə dəstəyini açıq-aşkar göstərməkdən də çəkinmir.

“Təəssüf ki, hazırki İran hakimiyyəti daxili və xarici siyasətindəki narazılıq yaradan mövqeyindən əl çəkmək istəmir. Beynəlxalq birliklərin bəyənatlarında da bildirilib ki, İran dünyada dövlət səviyyəsində terroru dəstəkləyən aparıcı ölkədir. Hətta bir müddət əvvəl Xoy şəhərində zəlzələ baş vermişdi, lakin günlər keçməsinə baxmayaraq, insanlar hələ də çadırlar, istilik cihazları və ərzaq da daxil olmaqla ilkin yardım vasitələrinə ehtiyac duyurdu. İran hakimiyyəti əhalinin zəruri təminatına diqqət yönəltmək əvəzinə zəlzələ bölgəsinə silahlı çevik dəstə göndərdi”,- deyən deputat əlavə edib ki, hazırki hakimiyyətin əsas məqsədi özünə qarşı yönələ biləcək ən kiçik müxalif fikri belə əzməkdir. Bunun üçün sivil insanların üzərinə silahlı dəstələr belə göndərməkdən çəkinmir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »