Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyənin qlobal güc faktoruna çevrilməsi beynəlxalq aləmi narahat edir"
"Türkiyənin qlobal güc faktoruna çevrilməsi beynəlxalq aləmi narahat edir"

Mayın 14-də Türkiyədə ümumi seçki keçiriləcək. Yəni Türkiyə Böyük Millət Məclisinin 600 yeni üzvü müəyyən ediləcək və prezident seçkilərinin birinci turu keçiriləcək. Seçkilər 36 partiya iştirak edəcək. Mütəxəssislərin fikrincə, keçiriləcək prezident seçkilərində böyük rəqabət gözlənilir.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, indi Türkiyənin qlobal güc faktoruna çevrilməsi beynəlxalq aləmi ciddi formada narahat edir. Bu səbəbdən də, Türkiyədə iqtidar dəyişikliyinə nail olmaq üçün bir çox vasitələrdən istifadə edirlər. Bu gün Türkiyənin birmənalı şəkildə Qərbin yanında yer almamağı, eyni zamanda Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi müstəqil siyasət kursu bir çox dövlətləri narahat edir. Məhz buna görə də, FETÖ, PKK və sair terror ünsürlərinin vasitəsi ilə Türkiyədə müəyyən qarışıqlıq yaratmağa daim çalışırlar.

Tural İsmayılov Tural İsmayılov

“Xüsusilə bir məsələni qeyd eləmək lazımdır ki, əsas rəqib kimi milli qüvvələrin mühafizəkar dairələrin birləşdiyi AKP-MHP İttifaqının “Cumhur” ittifaqını rəqib görürlər. Hakimiyyət dəyişikliyinə nail olmağa çalışırlar. Lakin Türkiyə xalqı yaxşı fərqindədir ki, özəlliklə Rəcəb Tayyib Ərdoğanın iqtidarı dövründə Türkiyə dünyadakı siyasi proseslərdə mühüm nizamlayıcı qüvvələrdən birinə çevrilib. Bu gün Türkiyənin qərarları qlobal siyasi trendlərin müəyəynləşməyinə çox güclü formada təsir göstərir. Belə olan təqdirdə, Türkiyə əleyhinə hansısa kampaniyalar aparmaq və yaxud Türkiyə daxilində seçkilərin nəticələrinə təsir göstərmək üçün Türkiyəyə nüfuz etmək cəhdləri nəticəsiz olacaq”-deyən politoloq hesab edir ki, AKP- MHP ittifaqının təmsil olunduğu “Cumhur” ittifaqı böyük ciddi fərqlə Türkiyədə növbəti seçkilərdə iqtidarda qalacaq və Türkiyə cumhuriyyətinin 100-cü ilinə böyük uğurlarla daxil olacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »