Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran Güney Azərbaycanın müstəqillik arzusuna çatmasından qorxur"
"İran Güney Azərbaycanın müstəqillik arzusuna çatmasından qorxur"

“İran rejimi, həm molla, həm də şah rejimi, son 100 ildə Güney Azərbaycan türklərinə qarşı çox sayda təzyiqlər göstərib, haqsızlıqlar edib, onların haqqlarını tapdalamışdır. Eyni zamanda vətənimizin şimal hissəsi, yəni Şimali Azərbaycanın müstəqilliyi hər zaman molla və şah rejimini narahat edib. İran rejimi heç bir zaman Azərbaycanı müstəqil görmək istəməyib. Hər zaman aşağılayıb, əvvəlcə rusların istismarında olan bir ərazi, sonra da İrana aid kimi görmək istəyiblər”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli milli fəal, İran üzrə mütəxəssis Elyar Türker danışıb.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) vitse-prezidenti, İran üzrə mütəxəssis Elyar Türker Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) vitse-prezidenti, İran üzrə mütəxəssis Elyar Türker

Türker qeyd edib ki, Azərbaycanın 90 -cı illərdə öz müstəqilliyini əldə etdikdən sonra inkişaf edərək, dünya iqtisadiyyatınnda, dünya siyasətində böyük bir səsə qazanması hər zaman sanksiyalar altında olan İranın heç bir zaman xoşuna gəlməyib.

Çünki İranın 80 milyon əhalisinin 50 faizi demək olar ki, Güney azərbaycanlılar və Azərbaycan Türkləridir. Azərbaycan türkləri Şimal Azərbaycanın inkişafını görüb, onunla fəxr edib, qürur duyurlar. Mütəxəssisin fikrincə, bu fəxr etmələr, qürur duymalar belə İran fars -molla rejiminin xoşuna gəlmir. “Rejim bundan qorxur ki, güney azərbaycanlılar da qüzey Azərbaycanın inkişafını görüb, onlar kimi müstəqil olub, hətta Bütöv Azərbaycanın qurulmasını istəyərlər. Buna görə də İran rejimi hər zaman Azərbaycana qarşı əlindən gələn pislikləri edib. Amma heç bir zaman müvəffəqiyyət əldə edə bilməyib.

Hətta İran rejimi Birinci Qarabağ müharibəsində Azərbaycana olan nifrətə görə, Ermənistana dəstək olub, Ermənistana silah-sursat göndərib və onun yanında olub. İkinci Qarabağ Müharibəsində də Ermənistana nə qədər dəstək versələr də, Azərbaycan Ordusunun müharibədə qələbə çalması, Qarabağın torpaqlarının işğaldan azad edilməsi fars -molla rejiminin kədərlənməsinə səbəb oldu. Çünki bu savaşda onların erməni qardaşları məğlub olmuşdu”-deyə şərhçi bildirib ki, məhz bu səbəbdən də, İran təxribatlardan əl çəkmirdi.

Elyar Türkerin fikrincə, Qafanda konsulluq açmaq, Ermənistana yenidən dəstək vermək, Zəngəzur dəhlizinə qarşı çıxmaq, hətta Azərbaycan daxilində xaos yaratmağa çalışmaq bu təxribatların tərkib hissəsidir. Eyni zamanda İran rejimi Azərbaycan daxilində bəzi satılmış insanlar vasitəsilə Azərbaycana zərər vermək istəsə də, bacara bilmədi. Sonra Azərbaycanın Tehrandakı səfirliyində silahlı terror aktı törədildi. Şəhid verdik, bir neçə nəfər xəsarət aldı.

Türker qeyd edib ki, İran rejimi hətta bu terror aktı zamanı da Azərbaycanı aşağılamağa, hadisənin məişət zəmnində baş verdiyini iddia etməyə çalışmışdı. Ancaq dünya ictimaiyyəti İrana qarşı çıxmış, İranın bu terror əməliyyatını qınamışdılar. İran təkrar şəkildə dünyada rüsvay olub, qınaq obyektinə çevrilmişdi. Bu da İranın xoşuna gəlməmişdi.

“Prezident İlham Əliyevin son aylar Güney azərbaycanlılara dəstək verməsi, Güney Azərbaycan Türklərinin taleyi ilə maraqlanması 40 milyonluq Güney Azərbaycan Türklərinin xoşuna gəlib, prezidentin dəstəklərini alqışlamışlar. İran düşünür ki, İran dövləti uzun illərdir ki, var. Güney Azərbaycan gəncliyi İran dövlətini qəbul etmir, ancaq Azərbaycan dövlətini sevir. Təbii ki, bu İranın xoşuna gəlmir. Ancaq iplər qırılıb, son nöqtəyə gəlib. Fikir verirsinizsə, təkcə Azərbaycan Türkləri deyil, İranda digər etniklər də hətta farsların bir çoxu molla rejiminin getməsini istəyir”,- deyən fəal qeyd edib ki, Güney Azərbaycan Türkləri, xüsusilə milli fəallar müstəqillik uğrunda mübarizə aparırlar. O, ümid edir ki, Güney Azərbaycan yaxın zamanlarda öz böyük istəyinə çatacaq, müstəqilliyini əldə edəcək və GüneyAzərbaycan ilə birlik qurulacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »