Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerika sülh yaratmağa çalışır, amma necə?...
Amerika sülh yaratmağa çalışır, amma necə?...

Ermənistan mətbuatı yazır ki, ABŞ Laçın dəhlizi ilə bağlı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi düşünmür. Bu barədə ABŞ-ın Cənubi Qafqaz üzrə yeni nümayəndəsi Luis Bono deyib. O, qeyd edib ki, “İndi sanksiyaların vaxtı deyil. Mən hər iki tərəfi sülhə aparmağa çalışmaq üçün buradayam. Sanksiyalar əks reaksiya verə bilər. İndiki mərhələdə bu, gündəmdə deyil”.

Bono bildirib ki, ABŞ vasitəçiliyi həyata keçirir. Məqsədləri isə, sülh prosesini asanlaşdırmaqdır. Onun sözlərinə görə, Qarabağ Ermənistan və Azərbaycan arasında sülh prosesinin bir hissəsi olmalıdır. “Sülh sazişinin davamlı və balanslı olması üçün o, Qarabağı da əhatə etməlidir və biz bunun öhdəsindən gəlməkdə qərarlıyıq. Biz bunun vacibliyini dərk edirik”,- deyə Bono bildirib.

Politoloq Elşad Həsənov Bononun Azərbaycana və sonra Yerevana olan səfərini Bizimyol.info xəbər portalına şərh edərkən bir sıra məqamlara toxunub.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“ABŞ dövlət katibinin qafqaz danışıqları üzrə aparıcı müşaviri Luis Bono Bakıda bu bəyanatı verdikdən sonra Bakıdan Yerevana getdi. Onun vəzifəsi Azərbaycanla Ermənistan arasında danışıqları normallaşdırmaq, bu danışıqların erinə yetirilməsinə vasitəçi olmaqdır.

Fevralın 18 də Münxendə Təhlükəsizlik Sammitində Azərbaycan prezidenti və Ermənistan baş nazirinin Blinkenin vasitəçiliyi ilə görüşləri oldu. Görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev bildirdi ki, danışıqlarda müsbət məqamlar var və biz gələcəkdə Qarabağda yaşayan erməni icmasının üzvləriylə danışıqlar aparacağıq. Əvvəl belə şeylər olmamışdı. Bizim belə bəyanatlarımız olmamışdı. Ancaq Blinkenin vasitəçiliyi ilə bu danışıqlardan sonra oldu.

Azərbaycan prezidenti danışıqların yerli icma üzvləri ilə aparılcağını bildiridi. Biz Moskvanın göndərdiyi Vardanyanla heç bir danışıqlar aparmayacağıq. Bu bəyanatdan sonra artıq ermənilər Vardanyanı istefa göndərdilər və Qarabağ icmasının üzvləri ilə ilk görüş baş tutdu. Ancaq bunun müsbət detalları hələlik yoxdur. Bu ilk addım idi. Bundan sonra da Lusi Bonio gəldi. Ancaq buradan Yeravana gedən Bononun səfər proqramına qondarma erməni soyqırımı abidəsini ziyarətin salınması, ermənilərin sülh danışıqlarını əngəllənməsini sübut edir”-deyə politoloq bildirib. Onun sözlərinə görə, bu addım həm Bakıda, həm də Ankarada qıcıq doğurur. Çünki Bononun vəzifəsi, burada münasibətlərin normallaşması, sülh prosesinin imzalanmasına şərait yaratması olduğu halda ermənilərin onun səfər proqramına qondarma erməni soyqırımı abidəsini ziyarət etməsini salması təəssüf doğurur. Bu, onun vəzifəsinə yaraşmayan məsələdir.

Politoloqun fikrincə, müsbət cəhətlərdən biri də elə bu günlərdə Cənubi Qafqaza səfər edən Avropa İttifaqının Cənubi qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Laçın yolunda şəffaflığın təmin olunmasını dəstəkləməsi olub.

“O, deyib ki, “Laçın yolunda nəyin daşınması ilə bağlı şəffaflığın təmin olunması tamamilə legitimdir. Çünki biz Laçın yolunda gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. Şəffaflıq tamamilə qanunidir”.

Yəni bizim əvvəl dediyimiz kimi bu yoldan erməni separatçılarına silah sursat daşınması, hərbi qüvvələrin daşınması qəti yolverilməzdir”,- deyən politoloq vurğulayıb ki, biz 2020-ci ildə noyabrın 10-da bağlanmış “üçtərəfli bəyanatın” müddəalarının təmin olunmasını tələb edirik. Xüsusilə dördüncü maddəyə görə, Rusiya sülhməramlılarının əraziyə yerləşdirilməsi ilə bərabər həm də Azərbaycan ərazisində olan qeyri- qanuni erməni silahlı birləşmələri buradan çıxarılmalıdır. Politoloq təəssüflə qeyd edib ki, bu da yerinə yetirilməyib. Eyni zamanda doqquzuncu maddə Azərbaycanın qərb rayonlarının Naxçıvanı birləşdirilməsi, dəhlizin açılması da biz tərəfdən yerinə yetirilsə də, ermənilər tərəfindən yerinə yetirilmir.

Elşad Həsənovun fikirncə, son zamanlar Amerika sanki sülh müqaviləsinin bağlanmasını istəyir. Amma Avropada, Rusiyada və digər ölkələrdə buna əngəl olan qüvvələr var. Fransa çalışır ki, Qafqaza daxil olsun və buradan Rusiya qüvvələrini sıxışdırıb çıxarsın.

“Hadisələr belə yöndə davam edərsə, bu Cənubi Qafqazda yeni bir münaqişə ocağının yaranmasına səbəb olar. Ancaq biz çalışırıq ki, Ermənistanla sülh müqaviləsi bağlayaq və Ermənistanı sülh müqaviləsinin bağlanmasına məcbur edək”,- deyə Elşad Həsənov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »