Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda silahlı insident zamanı 2 nəfər xəsarət alıb
Bakıda silahlı insident zamanı 2 nəfər xəsarət alıb

Paytaxtın Nəsimi rayonunda 2 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırmalarla məlum olub ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »