Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinə qarşı çıxan Alla Puqaçova ilk dəfə xəstəliyi barədə danışıb
Putinə qarşı çıxan Alla Puqaçova ilk dəfə xəstəliyi barədə danışıb

Rusiyalı müğənni Alla Puqaçova artıq bir ilə yaxındır ki, ailəsi ilə birlikdə İsraildə yaşayır və bu səbəbdən də təcavüzkar ölkədə onu müxtəlif xəstəliklərə düçar olduğu barədə xəbərlər yayırlar. Putinist sənətkarlar Primadonnanı mümkün qədər “incitməyə” çalışırlar, lakin o, başlarında problem olduğunu deyir.

Bizimyol.info xəbər ver ki, o, səhhəti ilə bağlı jurnalistlərə açıqlama verməkdən də imtina edib. Ancaq bu dəfə heç bir fərziyyə və çirkin dedi-qodu olmasın deyə, səhhəti barədə bəzi şeyləri demək qərarına gəlib.

O, dəvət olunduğu demək olar ki, bütün tədbirlərdə iştirak etdiyini qeyd edib. Müğənni bu yaxınlarda dostu Laima Vaykulenin konsertində iştirak edib. Ancaq bundan sonra o, bir dəfə  belə bir tədbiri qaçırmağa məcbur olub.

“Mən dəvət olunsam da bur dəfə getmədim, çünki demək olar ki, bir aya yaxındır ki, bronxitdən əziyyət çəkirəm. Hələ də öskürürəm, amma demək olar ki keçib, şükür!", - Primadonna Rusiya mətbuatına şərhində bildirib.

Bu yaxınlarda musiqi tənqidçisi Sergey Sosedov Primadonnanın çətinliklə yeriyə bildiyini, böyük bir donqarının yarandığını açıqlayıb. Bundan sonra rusiyalı jurnalistlər Puqaçovanın qolunda şiş olduğunu görüblər.

Bedros Kirkorov da bu məsələyə münasibət bildirib. O, Puqaçovanın Ukraynadakı müharibəni pislədiyi üçün deyil, İsrailə müalicə üçün getdiyinə inandırıb.

Qeyd edək ki, Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin Rusiyanın Ukraynada başlatdığı maharibəyə mənfi münasibətləri hakimiyyət orqanlarının mənfi reaksiyasına səbəb olub. Vəziyyətin hər gün daha gərginləşdiyini görən müğənni ailəsi ilə birlikdə İsrailə köçüb. Rusiyada isə hələ də onun anti-təbliğatını aparırlar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »