Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
100 milyon ildə Yer necə dəyişib: Geoloji dəyişikliklərin modeli - Video
100 milyon ildə Yer necə dəyişib: Geoloji dəyişikliklərin modeli - Video

Sidney Universitetinin alimləri Yer planetində 100 milyon il ərzində baş verən geoloji dəyişikliklərin modelini nümayiş etdiriblər.

Bizimyol.info xəbər verir ki, araşdırmanın nəticələri Science jurnalında dərc olunub.

RBC Life qeyd edir ki, videonun hər bir kadrı bir milyon il ərzində baş vermiş dəyişiklikləri nümayiş etdirir.

Bildirilir ki, uzaq keçmişdə Yerin səthi indikindən tamamilə fərqli görünürdü. Qitələr tamamilə fərqli konturlara malik idi və bir-birinə daha yaxın idi. 100 milyon il ərzində onlar dəyişdilər, bir-birlərindən uzaqlaşdılar, dəniz səviyyəsindən daha yüksəklərə qalxdılar. Ta ki, bu gün onları tanıdığımız halına qədər.

Qeyd edilir ki, bu modeli yaratmaq üçün alimlər CNRS, Lion Universiteti və Paris ENS-dən olan fransız həmkarları ilə əməkdaşlıq edərək, geodinamika, yerüstü proseslərlə tektonik və iqlim qüvvələri haqqında məlumatlardan, həmçinin planetimizdəki hava haqqında digər məlumatlardan istifadə ediblər.

Bu model təkcə müasir geofiziki landşaftların necə yarandığını və milyonlarla ton çöküntü süxurlarının okeanlara necə düşdüyünü anlamağa kömək etmir, həm də planetdə gələcək geoloji dəyişiklikləri proqnozlaşdırmağa imkan verir.

Məlumat üçün bildirək ki, indi Yerin səthi dəyişməyə davam edir. Alimlərin fikrincə, 200-300 milyon ildən sonra Sakit Okean yox olacaq və müasir Amerika və Asiya qitələrinin birləşməsi nəticəsində yeni superqitə Amasiya yaranacaq. O vaxta qədər dəniz səviyyəsi aşağı düşəcək, superqitənin daxili hissəsi quraq bölgələrə çevriləcək və gündüz temperaturun çox yüksək olacağı ehtimalı var.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »