Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST və UNICEF Suriyada peyvəndləmə işinə başladıb
ÜST və UNICEF Suriyada peyvəndləmə işinə başladıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) fevral ayında baş verən zəlzələdən zərər çəkmiş Suriyanın şimal-qərbində vəba xəstəliyinə qarşı peyvənd etməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, ÜST-nin Şərqi Aralıq dənizi Regional ofisi "Kampaniya bir yaşdan yuxarı suriyalıları, xüsusən də zəlzələdən ən çox zərər çəkmiş və vəba təhlükəsi olan ərazilərdə yaşayanları qorumaq üçün 1,7 milyon doza vəba peyvəndi istifadə edəcək".

Onu da əlavə edək ki, həkim və könüllülərdən ibarət 1500-ə yaxın komanda 10 gün ərzində köçkünlərin evdə peyvənd olunmasında iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, keçən ilin sentyabrında Suriyada vəba epidemiyası elan edildi, təkcə İdlib və Hələbdə 50,000-dən çox şəxsin yoluxduğunun ehtimal edildiyi bildirildi. Qeyd edilirdi ki, bunun da 18%-i məcburi köçkünlər üçün düşərgələrdədir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni əsrin fəlakəti adlandırıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »