Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İslamda qadın...
İslamda qadın...

İslam dini qadına ilk növbədə qadın və kişi arasındakı ayrı-seçkiliyi aradan qaldırır. Dinimizə görə, qadın və kişi yaradılış ləyaqətində və şəxsiyyətdə bərabərdir. Allah-taalanın yanında ən əziz insan isə, kişi ya qadın olmasından asılı olmayaraq pis əməllərdən uzaq və gözəl əməl sahibi olan bəndələrdir.

Bu barədə Bizimyol.info xəbər portalının suallarını İlahiyyat üzrə fəlsəfə elmlər doktoru, professional ailə müşaviri, həyat koçu PhD. Əfzələddin Rəhimli cavablandırarkən danışıb...

İlahiyyat üzrə Fəlsəfə doktoru, Professional Ailə müşaviri, həyat koçu Əfzələddin Rəhimli İlahiyyat üzrə Fəlsəfə doktoru, Professional Ailə müşaviri, həyat koçu Əfzələddin Rəhimli

- Əfzələddin müəllim, İslam dinində qadına verilən dəyər necədir?

- Allah-təala müqəddəs kitabı olan Qurani-Kərimdə belə buyurub: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)”. (Hucurat, 13)

Bununla da, islam dini yaradılışdakı fərqliliyin sırf ilahi gözəllik və müdrikliyin nəticəsi olduğunu vurğulayaraq, kişinin qadına olan üstünlüyünü kənara qoymuş sayılır. Həmçinin, cinsiyyət və fiziki fərqin üstünlük olmadığını açıq-aşkar şəkildə bəyan edir.

Qurana əsasən qadın həyata hüzur və aramlıq ərməğan edir. Bu bir həyat yoldaşı, bir ana, bir bacı və övlad timsalında və hətta yaşayışın özünə lətafət, incəlik, rəngarənglik qatan bir varlıq kimi də anlaşıla bilər. Buyurulur: “Ünsiyyətdə hüzur (rahatlıq) tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratdı...” (Rum, 21) Ünsiyyət dedikdə, təkcə ömür-gün yoldaşı kimi deyil, kişinin həyata baxışını gözəlləşdirəm, onu nəcabətli və alicənab edən bir Roldan söhbət açılır.

Müqəddəs kitabımız qadının yaradılışını, eyni zamanda onun məhəbbət və sevgi solu bir varlıq olmasını, həmçinin cütlüklər arasındakı eşq bağlılığının öz qüdrətinin simvolu və nümunəsi kimi vurğulayır. “… sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun qüdrət əlamətlərindəndir.” (Rum, 21)

Qurani-Kərimin başqa bir ayəsində qadınlar haqda kişilərə buyurulur: “Onlar sizin libasınız, siz də onların libasısınız.” (Bəqərə, 187) Burada kişi və qadın libas və geyim olaraq təqdim edilir. Geyim bəzəkdir, zinətdir, qadın və kişi bir-birinin bəzəyi sayılır. Libas hüzur mənbəyidir, deməli qadın və kişi qarşılıqlı olaraq hüzur bəxş edir. Libas insanı isti-soyuqdan, eyblərdən qoruyur, buna əsasən də kişi və qadın da bir-birilərini qorumalıdır. Göründüyü kimi bəzi cəmiyyətlərdə kişilərə məxsus edilən qorumaq, hüzur, əmin-amanlıq və dəyər bəxş etmək kimi xüsusiyyətlər müqəddəs ayələrmizdə hər iki cinsin nümayəndələrinə də aid edilmişdir. Ayədə hər ikisi eyni dəyərdə təqdim edilmişdir.

- Qadınların hüququ necə qorunur?

- Qadınlara heç bir hüquq tanınmadığı zamanda və məntəqədə nazil olan Quran, onların hüququ haqda isə buyrur: “(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.” (Bəqərə, 228) Ayənin davamında buyurulan bəzi hüquq fərqlərinə gəldikdə isə onun bir sıra səbəbləri mövcuddur və dinimiz həmin fərqlilikləri nəzərdə alaraq qadına kişiyə nisbət başqa əlavə imtiyazlar da nəzərdə tutmuşdur. Bir şəxs Peyğəmbərdən (s) qadın hüququ haqqında soruşduqda, o həzrət belə buyurdu:

“Qardaşım Cəbrail (ə) qadın hüququnun qorunması haqda o qədər mənə tapşırdı ki, kişinin ona sanki “uf” deməsinə belə haqqı olmadığını düşündüm”. (Biharül-ənvar, c. 103, səh. 254)

Bu hüquq istər dünya, istərsə də axirət hesabında kişi ilə qadına Allahın bərabər şəkildə davranmasını göstərir. Necə ki, bu haqda Quranda buyurulur: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxartmaram. Siz (hamınız) bir-birinizdənsiniz". (Ali-İmran, 195)

“Siz hamınız bir-birinizdənsiniz” cümləsi bir daha dinimizin heç bir ayrı-seçkiliyə yol vermədiyinin sübutudur.

Tarixə nəzər saldıqda, qadın hüququnun daim tapdalanmasının, onlara qaşı olan ədalətsizliyin, hətta bəzən kiçik bir mərhəmətin onlardan əsirgənməsinin şahidi oluruq. Cahiliyyət adlanan bir dövürdə, insanlar qız uşaqlarını özlərinə ayıb bildikləri üçün, qız övladı dünyaya gəldikdə onu diri-diri basdırmaqdan belə çəkinmirdilər. Uca Allah o dəhşətli dövrü bizim üçün belə vəsf etmişdir: "Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək?" (Nəhl, 58-59; Təkvir, 8-9)

Adətən bu sözləri eşitdiyimiz zaman dərindən "ah" çəkib öz-özümüzə belə deyirik: "Onlar necədə rəhimsiz insanlar olmuşlar!" Lakin təəssüflər olsun ki, "onlar" dediyimiz insanlar, bugünkü dövrümüzdə bir növ öz xoşagəlməz əməllərinə davam etməkdədirlər. Bu fərqlə ki, o zaman qızları doğulduqdan sonra diri-diri basdırırdılar. Bu gün isə bəziləri müasir üsullarla uşaqlarının qız olduğunu bildikdə, abort yoluna əl ataraq qızlarını həyat nemətindən məhrum edirlər. Hal-hazırda baş verən bu xoşagəlməz proses, islam dininin mübarizəsi nəticəsində, cahiliyyət dövründə qızlara qarşı olan şiddət qədər qorxunc olmasa da, qadın hüququnun bugün də pozulması üçün aydın sübutdur.

- İslam dinində qadına qarşı necə davranılması tövsiyyə edilir?

- Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) vəsiyyətində belə buyurmuşdur: “(Oğlum!) Qadın qəhrəman yox, xoşətirli bir güldür.”

Necə də gözəl ifadədir, “xoş ətirli bir gül”. Deməli, onun solmaması üçün və həmişə təravətli qalması üçün əlimizdən gələni əsirgəməməliyik. Burada “qəhrəman deyil” ifadəsi isə bir növ düşündürücü və eyni halda danlayıcı xarakter daşıyaraq, bizə qadınlara qarşı kobudluqdan uzaq qalmağı, onlarla çəkişmək, münaqişə və mübarizə aparmağın mərdliyə yaraşmayan xüsusiyyət olmasını bəyan edir.

Allahın Rəsulu (s): “Qadının əri üzərində olan haqqı budur ki, əri onun heç vaxt ona üzünü turşutmasın.” (Biharül-ənvar, c. 103, səh. 254)

Allahın Rəsulu (s) buyurur: “Bəndənin imаnı аrtıqca həyat yoldaşına qarşı mәhәbbәti də çохаlаr.” (Bihаrul-әnvаr, c. 71, sәh. 104)

Hz. Cəfər Sadiq (ə) bu haqda buyurur: “Kimin bizə məhəbbəti artarsa, qadına da məhəbbəti artar. Çünki qadınlara məhəbbət bəsləmək, onları sevmək peyğəmbərlərin əxlaqıdır”” (əl-Kafi, c.5, səh. 515; Vəsail, c. 20, səh. 22-23.)

İslam dininin baxışına əsasən biz kişilərə belə bəxş olunan ruzi və bərəkət qadınlara xatirdir. Bu iki yöndədir: Həm qadınlar bizə nisbət daha bərəkətli varlıq sayılır, həm də qadınla ailə qurmaq özü xeyir və bərəkətin mənbəyi hesab edilir. İmam Kazim (ə) buyurur: Xeyir-bərəkətinin çoxu qadınlardadır. (Vəsail, c. 14, səh. 11)

Hz. Baqir (ə) yanına gələn bir kişidən soruşdu: “Ailə qurmusan?”. Kişi “xeyr”-deyə cavab verdi. O dedi: “ Dünya və onda olanların hamısı mənim olsa belə, bircə gecə həyat yoldaşımsız sübh etməyi istəmərəm”.

Sonra sözünü davam etdirərək buyurdu: “Ailə quran şəxsin iki rəkət namazı, subayın gecələr ibadət edib, gündüzlər oruc tutmasından daha üstündür”.

Daha sonra həmin şəxsə yetərincə maddi yardım göstərib dedi: “Bu pulla evlənmək ücün zəruri olan ehtiyaclarını ödə. Çünki Allahın Rəsulu (s) buyurmuşdur: “Ailə qurmaq ruzinin çoxalmasına səbəb olar”.( Vəsail, c. 14, səh.7)

Burada çox incə və ali bir məqam vardır: Deməli, kişinin həyatına qadın daxil olması ilə Allah onun həm ruzisinə, həm də mənəviyyatına dəyər və bərəkət bəxş edir. Amma unutmayaq ki, bu bizim qadınlara qarşı sevgi, sayğı göstərdiyimiz, onları qoruduğumuz, kobudluq göstərmədiyimiz, xəyanət etmədiyimiz, qədrini bildiyimiz, dəyər verdiyimiz zaman əta olunur, sırf evliliklə deyil.

Qeyd etmək lazımdır ki, islam dini şəxsiyyət olaraq qadına çox əzəmətli bir dəyər bağışlamışdır. Onu ilahi neməti və əmanəti adlandırmışdır. Bu ilahi əmanəti qorumaq davamlı tövsiyə edilir. Dinimizin ən əsas mənbəsi olan Qurani-Kərim və hədis mənbələrimizdə qadınları qorumağın kişilərin mənəvi vəzifəsi olması dəfələrlə vurğulanır. Qurani-Kərim: “Özünüzü və əhli-əyalınızı oddan qoruyun”. (Təhrim,6) Çoxları bu ayənin sadəcə qadınları günahdan qorunmasını tapşırdığını düşünür, amma əsl həqiqətdə ayə qadınlara verilən dəyəri bildirir, belə ki, onları oddan qorumaq istəyən, onları düçünən Mehriban və Qayğıkeş Allahın kişilərə göstərişi budur ki, qadınları bütün ziyanlardan qorusunlar. İlk növbədə özləri zərər yetirməsinlər, alçaltmasınlar, təhqir etməsinlər, bununla yanaşı başqalarının mənəvi-maddi zərbələrindən qorusunlar. Bir sözlə mənəvi olaraq sahiblənsinlər, arxa-dayaq olsunlar, onları belə asanlıqla itirməsinlər, yaxud itirməyi ima etməsinlər. Necə də, çirkin bir sözdür ki, ər həyat yoldaşını “boşanmaq”la təhdid etsin, ona bir növ dəyərsiz və aciz olduğunu hiss etdirsin.

Allahın Rəsulu (s) buyurur: “Cəbrayıl daima mənə qadınların hüququnu riayət etmək haqqında bəhs edərdi. Cәbrаyıl mənə o qədər qаdınlаrın hüquqlarını tapşırdı ki, оnlаrı bоşаmаğın sanki hаrаm оlduğunu düşündüm. Onlarla ailə qurun, ancaq tаlаq vеrmәyin. Çünki tаlаq verildikdə (bir ailə dağıldıqda) Аllаh-Təalanın әrşi lәrzәyә gәlər.” (Nәhcül-fәsаhә, sәh. 230; Biharül-ənvar, c.103, səh. 253)

Dinimiz qadınları dünyanın əv qiymətli sərvəti sayır. Allahın Rəsulu (s) buyurur: “Dünyа bir sərvətdir. Әn yахşı mаl-dövlət isә sаlеh qаdındır.” (Nәhcül-fәsаhә, sәh. 230)

Mehribanlıq ilahi xüsusiyyətdir və dinimizdə çox bəyənilmiş, ali mənəvi keyfiyyət sayılır. Amma qadına qarşı Mehriban olmaq isə “ən yaxşı insan” xüsusiyyətlərindəndir. Peyğəmbərimiz buyurur: “Sizin әn yахşılarınız isə qаdınlаrı ilә mеhribаn dоlаnanlаrdır.” (Nәhcül-fәsаhә, sәh. 230)

- Əfzələddin müəllim, qadınlara vəhy gəlibmi?

- Qadınlara da ilahi vəhy (iham) olunub, Allah-taala onlarla danışıb. Belə ki, İsa Peyğəmbərin anası Həzrət Məryəmə və Musa peyğəmbərin anasına vəhy (ilham) olunub. Qurani-Kərimdə buyurulur: “Mələklər dedilər: Ey Məryəm, doğrudan Allah səni seçdi, paklaşdırdı və səni aləmin bütün qadınları ilə fərqləndirdi.” (Ali-İm¬ran,42 )

Allah-təala Musanın (ə) başına gələnlərlə bağlı Quranda belə buyurur: “Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” -deyə bildirdik. ” (Qəsəs, 7)

- Bəzən qadına yetərli qədər vaxt ayrılmır...

- Qadına verilən ən gözəl dəyərlərdən biri də, ona vaxt ayırmağın ən gözəl ibadətlərdən belə üstün olması buyurulub. Ona məhəbbətlə baxmaq, ilahi ibadət sayılıb. Məhəmməd peyğəmbər (s) buyurur: “Kişinin öz qadınının yanında əyləşib, onunla vaxt ayırması, mənim məscidimdə (Məscidün-Nəbidə) etikaf (xüsusi ali ibadət növü) saxlamasından daha dəyərlidir. (Tənbihül-xəvatir, c. 2, səh. 122 ; əl-Məvaizül-ədədiyyə, s. 33)

Peyğəmbərimiz başqa bir kəlamında buyurur: “Әrin həyat yoldaşının üzünə (məhəbbətlə) bахmаsı ibаdәt sayılır vә günаhlаrının kәffаrәsi hеsаb оlunur.”( Lәаilil-әхbаr, c. 3, sәh. 285)

Məhəmməd Pеyğәmbәr (s) buyurur: “Еy Әli! Xanıma qulluq etmək, onun qayğısına qalmaq böyük günаhlаrın kәffаrәsidir, Аllаhın qәzәb atəşini sönmə səbəbidir...”

- Əfzələddin müəllim, Azərbaycan cəmiyyətində qadına şiddət müşahidə edilir. İslam dinində qadına şiddət barədə nə deyilir?

- Dinimiz qadını əzizləməyi ona hörmət göstərməyi, nəvazişimizi ondan əsirgəməməyi əmr edir. Ona qarşı kobudluq etməyin isə ağır cəzaları olacağln buyurur. Allahın Rəsulu (s) buyurur: “Kişi həyat yoldaşına bir şillә vursа, Аllаh cәhәnnәm məmurlarına оnun üzünә yеtmiş оdlu sillә vurmasını әmr еdәr. Kişi әlini ona məhrəm olmayan qаdının bir tükünә bir tükünə belə toxundursa, qiyаmәt günü оnun әli cәhәnnәmin оdlu mıхlаrı ilә mıxlanar.” Vәsаilüş-şiә, c. 2, sәh. 54)

İmam Əli (ə) buyurur: Allaha and olsun! Fatimə ilə birlikdə ömür sürdüyümüzdə, heç zaman onu qəzəbləndirmədim və heç bir işə məcbur etmədim... Hər zaman onun üzünə baxdığımda bütün qəm-qüssəm aradan gedərdi. (Bihаrül-әnvаr, c. 43, sәh. 134; Kəşfül-ğimmə, c. 1, səh. 363)

Sonda elə bu bayram günləri ərəfəsində, kişilərə islamın bu tövsiyəsini də xatırlatmaq lap yerinə düşərdi. Hz. Cəfər Sаdiq (ә) buyurur: “Sәfәrdәn qаyıdаrkən bacardığınız miqdarda аilәnizә hәdiyyә gәtirin. Ailәn üçün mütlәq bir hәdiyyә аl. Hәttа, bir şеy tаpmаsаn belə yеrdәn dаş götürüb, sovqat olaraq ona аpаr.” (Vәsаilüş-şiә, c. 8, sәh. 337; Biharül-ənvar, c.104, səh. 69)

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »