Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Aqressoru sülhə məcbur etmək üçün hərbi əməliyyat keçirilməlidir"
"Aqressoru sülhə məcbur etmək üçün hərbi əməliyyat keçirilməlidir"

“Sülh müqaviləsinin imzalanması üçün gərək Azərbaycan ərazisindən qanunsuz erməni silahlıları çıxarılsın. Müəyyən şərtlərə əməl edilməlidir. Azərbaycan ərazisində hələ də qanunsuz silahlılar var, bizim hərbçilərə hücumlar edirlər. Burada hansı sülhdən söhbət gedə bilər?”

Bu barədə Bizimyol.info xəbər portalına “Ağ Partiya”nın sədr müavini, politoloq Əhəd Məmmədli danışıb. O, qeyd edib ki, Ermənistan Azərbaycanla sülh istəmirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, beynəlxalq səviyyədə, rəsmi səviyyədə “Qarabağ Azərbaycandır” demirsə, heç bir sülhdən söhbət gedə bilməz.

Əhəd Məmmədli Əhəd Məmmədli

“Ermənistan sadəcə vaxt qazanmağa çalışır. Özünü sülhpərvər göstərmək üçün “Azərbaycana təkliflər irəli sürmüşük”, “Azərbaycandan cavab gözləyirik” kimi ifadələr işlədirlər. Təbii ki, elə təkliflər irəli sürüblər ki, Azərbaycan mənfi cavab verəcək. Sonra da deyəcəklər ki, “biz sülh istəyirik, Azərbaycan istəmir”. Bu səbəbdən də bir dəfəlik aqressoru sülhə məcbur etmək üçün hərbi əməliyyat keçirilməlidir. 13-15 sentyabr tipində amma daha geniş miqyasda və daha uzun müddətli hərbi əməliyyat təşkil olunmalıdır. Bu, həm keçmiş Qarabağ ərazisini, həm də Zəngəzur-Göyçə ərazisini, Azərbaycanın tarixi torpaqlarını əhatə edə bilər. Bu, artıq siyasi qərardır. Aqressoru sülhə vadar etmək üçün hansı ərazilərdə əməliyyatların həyata keçirilməsini hərbçilər müəyyən edə bilər”-deyən politoloq bildirib ki, ermənilər müharibə onların öz ərazisi sayılan ərazilərdə olduğu zaman tam "ağıllanacaqlar".

Yəni İrəvandan, Zəngəzurdan qaçqınlar axışıb çıxdığı zaman, qaçqınlıq acısını hiss etdikləri zaman, müharibə onların evinin içində olduğu zaman onlar bunun nə olduğunu başa düşəcəklər. Əks halda, onlar Azərbaycanla hərhansı bir sülhə imza atmaq fikrində deyillər...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »