Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ilk dəfə Şuşada...
Azərbaycanda ilk dəfə Şuşada...

Almaniyanın Hamburq şəhəri 2025-ci ildən bütün taksilərin tam elektrik və ya sıfır emissiya olmasını tələb edir. Ölkə yanacaq mühərrikli taksilərin fəaliyyətini qadağan edəcək.

Mütəxəssislərin fikrincə, taksilər digər avtomobillərlə müqayisədə çox məsafə qət etdiklərinə görə, onların təbiətə verdikləri zərər də müqayisədə daha çox olur. Azərbaycanda isə, hələ ki, hibrid avtomobillərin təbliğatı və istifadəsi istiqamətində müəyyən addımlar atılır. Belə ki, keçən ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillər idxal və satış üzrə ƏDV-dən azad edilib. Elektromobillərə gəldikdə isə, ölkədə hələ ki bu avtomobillər üçün infrastruktur yoxdur. Yəni avtomobillər gətirilsə belə, kifayət qədər elektrik doldurma məntəqələri yoxdu. Bu məntəqələrin Bakıda yaxın zamanlarda yaradılması nəzərdə tutulsa da bölgələr üçün bunu demək çox tezdir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müxtəlif ölkələrdə belə addımlar atılır. Azərbaycanda da bu layihəyə bənzər layihənin Şuşa şəhərində həyata keçirilməsi planlaşdırılır. Yəni Şuşada taksilər, şəxsi minik avtomobilləri yalnız elektromobillər ola bilər.

Elməddin Muradlı Elməddin Muradlı

Ekspertin sözlərinə görə, bu Şuşanın Baş Planında da müzakirə edilən bir məsələdir. Elməddin Muradlı bildirib ki, Azərbaycanın başqa şəhərlərində bununla bağlı təkliflər hələ ki, yoxdur. Belə məsələlər konkret olaraq pilot layihələr şəklində həyata keçirilir. Azərbaycan üçün hazırda Şuşa şəhəri nəzərdə tutulub.

Ekspert hesab edir ki, digər bölgələrimizdə də bununla bağlı addımlar atıla bilər. Ümumi nəqliyyata şamil etmək bir qədər çətindir. Amma sırf yerli taksilərin elektromobil və ya hibrid avtomobil olması şərt kimi ortaya qoyula bilər.

“Şuşa layihəsi icra edildikdən sonra digər bölgələrə də öz təsirini göstərə bilər. Turizm bölgələrində bunu hansısa formada həyata keçirmək olar”,- deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »