Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rumıniyada süni intellekt baş nazirin müşaviri olub
Rumıniyada süni intellekt baş nazirin müşaviri olub

Süni intellektin dünyanı zəbt edəcəyindən qorxanları qorxudacaq daha bir inkişaf baş verib.

Bizimyol.info xəbər verir ki, Rumıniyanın baş naziri Nikolae Ciuca süni intellektlə dəstəklənən "İon" güzgüsünü özünə məsləhətçi edib. Baş nazir Ciuca iddia edir ki, İon adlı bot ictimaiyyətin fikirlərini qiymətləndirməyə qadirdir və bununla da ona qərarların necə veriləcəyini müəyyən etməyə kömək edir.

"İon süni intellekt vasitəsilə heç bir insanın edə bilməyəcəyini edəcək: O, bütün rumıniyalıları dinləyəcək və onları hökumət qarşısında təmsil edəcək", - deyə Ciuca bildirib.

Rumıniya dövlət televiziyasında ilk nümayişi zamanı özünü ictimaiyyətə təqdim edən İon: “Salam.

Sən mənə həyat verdin. Mən İonam. Mənim rolum sizi güzgü kimi əks etdirməkdir”, - deyə müraciət edir. Rəsmilər hesab edirlər ki, hökumət üzvləri ictimaiyyətlə daim təmasda olan bot vasitəsilə daha yaxşı siyasətlər formalaşdıra bilərlər. Əslində bir gün İonun öz fikirlərini nazirlərə təqdim edəcəyi gözlənilir. Rumıniyanın Tədqiqatlar naziri Sebastian Burdujanın sözlərinə görə, bot rumınların sosial media və internetdəki fikirlərini işləyərək öz tövsiyələrini formalaşdıracaq. Süni intellekt həm də tələblərdən hansının daha vacib və aktual olduğuna özü qərar verəcək.

"Düşünürəm ki, İon dünyada hökumətə məsləhət verən ilk AI robotudur", -deyə Burduja bildirib.

Burduja nazirlik tərəfindən hazırlanmış botun "hələ öyrənmə mərhələsində olduğunu" söylədi və vətəndaşları İon ilə əlaqə saxlamağa və öyrənmə prosesində ona kömək etməyə çağırdı. Avropa Birliyinin ən yoxsul üzvlərindən biri olan Rumıniya sürətlə inkişaf edən texnologiya sahibkarlığı ilə “Avropanın Silikon Vadisi” kimi tanınır.

Kişi səsi olan bot yazılı məsləhət verməklə yanaşı, danışaraq da ünsiyyət qura bilir. Onun nitqinin və lüğətinin də zamanla yaxşılaşacağı gözlənilir. Hökumət rəsmilərinin fikrincə, İon olmadan belə böyük həcmdə məlumatı və mürəkkəb sorğuları emal edib, nazirlərə çatdırılacaq mənalı tövsiyələrə çevirmək mümkün deyil. "Washington Post" qəzetinin xəbərinə görə, İona indiyə qədər verilən mesajların başında korrupsiya, yüksək inflyasiya və pensiya siyasəti ilə bağlı şikayətlər gəlir. Digərləri isə İona istehzalı mesajlar göndəriblər: “Rəhbərinə xalqın hökuməti nə qədər sevdiyini söylə”.

İonun alqoritminin necə işləyəcəyi ilə bağlı da narahatlıqlar yaranıb. Bildirilir ki, qərar qəbuletmə proseslərində Sosial Media paylaşımlarına üstünlük verilməsi etiraz doğuran nəticələrə gətirib çıxara bilər.

Buna görə, İon sosial mediada ən çox izləyicisi və ya ən çox qarşılıqlı əlaqəsi olan insanların və qrupların maraqlarına xidmət edə bilər.

Qərar vermə proseslərinə süni intellektin daxil edilməsi ilə bağlı narahatlıqların başında dizaynerin siyasi üstünlükləri və qərəzlərinin proqram təminatına işlənməsi, bota təsir etməsidir. Onların həmçinin kiberhücumlara və spam əlaqəsinə qarşı həssas olduqları düşünülür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »