Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yerevan" adlanan bölgə Azərbaycan Türklərinin yaşadığı tarixi ərazidir
"Yerevan" adlanan bölgə Azərbaycan Türklərinin yaşadığı tarixi ərazidir

Bir zamanlar bu günkü Ermənistan ərazisində yüzminlərlə Azərbaycan türkü yaşayırdı. Tarixi mənbələrə görə, 200 il əvvəl Ermənistan ərazisində Azərbaycan Türklərinin sayı orada yaşayan ermənilərdən dəfələrlə çoxmuş. Yəni Ermənistan torpaqları Azərbaycan Türklərinin yaşadığı bir ərazi imiş…

19-cu əsrin əvvəllərində Rəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra İrəvan ərazisində ermənilər yerləşdirilir və oranın yerli xalqı Azərbaycan Türkləri öz doğma torpaqlarından sıxışdırılaraq, çıxarılır. Bölgədə zaman-zaman etnik təmizlənmə aparılır. Bölgə erməniləşdirilir. Rusiya İmperiyasının azərbaycanlıların bölgədən təmizlənməsinə istiqamətlənmiş bu siyasəti Sovet dövründə də davam edir. Azərbaycan ərazilərinin adı dəyişdirilir, tarixi-mədəni-dini abidələri məhv edilir. Yəni ruslar İrəvanı Azərbaycandan qopararaq, indiki Ermənistanı yaradırlar. Və müxtəlif zamanlarda həmin ərazilərdə yaşayan azərbaycanlılara qarşı soyqırımlar törədilir, soydaşlarımız yaşadıqları ərazilərdən məcburi şəkildə köçürülür. Ən son köç isə, 1988-ci il baş verir…

Tarixi mənbələr sübut edir ki, bu gün Qarabağa çöküb, mənimsəməyə çalışan ermənilərin yaşadıqları ərazi Yerevan adlandırdıqları bölgə belə Azərbaycanındır.

Belə bir deyim var, “cinayətkar cəzasız qalanda,azğınlaşır, yeni cinayətlərə əl atır”… 70 il rus əsarətində yaşadığımız dövrlərdə bəlkə də səsimizi ucaltmağa gücümüz yox idi. Taleyimizlə barışmışdıq. Amma Azərbaycan müstəqilliyini qazandıqdan sonra, haqqlarımızı gec də olsa tələb etməyin labüd olduğunu anladıq. 30 il torpaqlarımızın düşmən tapdağı altında qaldı, yağmalandı, abidələrimiz dağıdıldı, məscidlərimiz donuz damına çevrildi. Ermənilər işğal etdikləri torpaqlarımızda belə tariximizi məhv edib, həmin torpaqları özününküləşdirməyə çalışdılar. Amma 2020-ci il 44 günlük müharibədə haqq yerini tutdu. Qələbə çaldıq, torpaqlarımızı geri ala bildik. Bu dövrə qədər yaşadığımız işğala, soyqırımlara göz yuman dünyanın gözü də bu qələbədən sonra açılmağa başladı. Və biz azərbaycanlılar öz qədim torpağımız olan İrəvanın iddiasındayıq. O torpaqlar bizimdir… Nə qədər acınacaqlı olsa, dünya bu gün İrəvanı Yereavn olaraq tanıyır, qəbul edir. Bu vəziyyəti dəyişmək üçün isə, bizə uzun illər lazım olacaq.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın ideoloji təbliğatda ən böyük uğurlarından biri dövlətçilik tarixinin yüksək səviyyədə və peşəkarlıqla təbliğ edilməsindən ibarətdir. Ölkədə aparılan vətənpərvərlik ruhunda təbliğatın genişlənməsi, həmçinin Azərbaycan dövlətçiliyinin və dövlətçilik tarixinin geniş şəkildə təbliğ edilməsi nəticədə vətənpərvər və eyni zamanda öz dövlətinə bağlı olan gəncliyin yetişməyinə səbəb olub. Onun sözlərinə görə, beynəlxalq birlik qlobal miqyasda nə qədər güclü təbliğat aparılsa da, öz məkrli niyyətindən əl çəkməyəcək.

Tural İsmayılov Tural İsmayılov

“Biz bu gün bir məsələyə xüsusi diqqət etməliyik ki, Qərbi Azərbaycan icması çox fəal şəkildə Qərbi Azərbaycana dinc qayıdış, eyni zaman Azərbaycanın tarixi ilə bağlı həqiqətlərin dünya ictmaiyyətinə çatdırılması fonunda kifayət qədər aktiv və fəal şəkildə işlər görür. Amma bütün aparılan təbliğat maarifçilik işlərinə rəğmən prosesin qərb tərəfindən və eyni zamanda beynəlxalq birlik tərəfindən necə dəyərləndiriləcəyi özü də, çox ciddi bir məsələdir”-deyən politoloq bildirib ki, biz bu məsələdə ayıq-sayıq olmalı və eyni zamanda təbliğat işlərinin davam etdirilməsi üçün əlbir şəkildə fəaliyyət göstərməliyik. Onun sözlərinə görə, burada bizim bütün vətəndaşlaırmızın üzərinə yük düşür. Xüsusilə xaricdə təhsil alan, Azərbaycan xaricdə olan diaspora və lobbi işlərində yaxından iştirak edən, faəllıq göstərən aktivistlərizmin də üzərində bir vəzifə var.

“Biz Qərbi Azərbaycan tarixini, eyni zamanda İrəvan həqiqətlərini bütün qlobal ictimaiyyətdə geniş işıqlandırılmasına çalışmalıyıq. Vətəndaşlarımız beynəxalq media ilə sıx şəkildə əlaqələr qurmalıdır. Dünyanın önəmli parlamentlərində təmsil edilən siyasətçilərlə əlaqələr yaradılmalıdır”-deyə Tural İsmayılov əlavə edib ki, dövlətçilik ideologiyasının təbliğində vətndaş məsuliyyəti də önəmli faktorlardan biridir.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği.

Son xəbərlər
Bütün xəbərlər »