Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəhrəman həkimlərin öz üzərlərində apardıqları təhlükəli sınaqlar
Qəhrəman həkimlərin öz üzərlərində apardıqları təhlükəli sınaqlar

Müasir tibbdə bu gün bildiklərimizin çoxu bir zamanlar müəmma idi. Bu gün ən çox yayılmış tibbi müalicələr (məsələn, anesteziya) və ya bədənimizlə əlaqəli proseslər (məsələn, maddələr mübadiləsi) bir zamanlar yaşamış qəhrəman həkimlərin öz üzərlərində apardıqları sınaqları nəticəsində mümkün olub Jonas Salk, John Paul Stapp, Albert Hoffmann, Aleksandr Boqdanov, Stubbins Ffirz, Nazaniel Kleitman, Mari Küri, David Pritçard öz üzərində təcrübə aparan alimlərdir.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, özünü və ailəsini riskə atsan bu təcrübədən Jonas Salk heç bir maddi gəlir əldə etməyib. Belə ki, amerikalı viroloq Jonas Salk ilk poliomielit peyvəndini hazırlayanlardan biridir. 20-ci əsrin əvvəllərində dünyanı bürüyən bu xəstəliyə qarşı peyvənd hazırlanarkən onu sınamaq üçün sağlam insanlar üzərində sınaqdan keçirilməsi tələb olunurdu. Həkim peyvənd sınaqlarında həm özünü, həm də ailəsini könüllü edib. Peyvəndin bu böyük sınağı müsbət nəticə verib. Ən maraqlısı odur ki, Jonas Salk peyvəndi patentləşdirmək istəməyib və kəşf etdiyi peyvənddən heç bir maliyyə gəliri əldə etməyib. 1995-ci ildə vəfat edən Salkın ən diqqət çəkən cümləsi bu olub: "Günəşi patentləşdirə bilərsinizmi?"

Hərbi Hava Qüvvələrinin zabiti və cərrah Con Pol Stapp, insan orqanizminin qəfil yavaşlama və qəfil sürətlənmə hadisələrinə necə reaksiya verdiyini anlamaq üçün öz üzərində təcrübə keçirib. Təcrübə üçün özünü raket kirşəsinə bağlayan Stapp səs sürətinə yaxın sürətlə sınaqlar keçirib. Çoxlu sümükləri qırılan və göz qişası müvəqqəti zədələnən Stapp irəliyə doğru hərəkət zamanı insan bədəninin 45 G qüvvəyə tab gətirə biləcəyinə qərar verib.

İsveçrə əsilli əczaçı Albert Hoffmann LSD-ni tamamilə təsadüfən kəşf edib. 1938-ci ildə keşniş bitkisindən dərman hazırlamaq üçün istifadə edən Hoffmann əvvəlcə qarışıqdan istifadə etməyib. Düz beş il sonra, eyni bitki ilə narkotik sınaqları apararkən, o, istəmədən üzünə toxunaraq, təsadüfən dərmanın bir hissəsini istehlak edib. Bundan sonra bir az yorğunluq hiss edib, başı gicəllənib, sərxoş olub, gözlərini yumub dincəlmək istəyib. Bu nədir? Bəzi şəkillər, rənglər və s. görməyə başlayıb. Beləliklə o, dərman hazırlayarkən əldə etdiyi qarışığın təsirini anlayıb. Ertəsi gün bir az daha cəhd edən Hoffmann eyni təsirləri yaşayıb. Bu gün tibbdə terapevtik məqsədlər üçün istifadə edilən LSD-ni Albert Hoffman yaradıb.

Kibernetikanın qabaqcıllarından sayılan rus alimi Aleksandr Boqdanov, dünyada ilk qanköçürmə müəssisəsinin yaradıcısıdır. Hematologiya (qan xəstəlikləri elmi) sahəsində qabaqcıl olan həkim özünə 11 dəfə qan köçürüb. O, bu prosedurların onun görmə qabiliyyətini yaxşılaşdırdığını bildirib. Ancaq təəssüf ki, o son qanköçürmə zamanı istifadə etdiyi qanda malyariya və vərəm olduğu həyatını itirir.

1793-cü ildə yayılan sarı qızdırma epidemiyasının şahidi olan Stubbins Ffirz, xəstəliyin yoluxucu olmadığını düşünürdü. Fikrini sübut etmək üçün o, xəstəliyin ən fərqli xüsusiyyətlərindən biri olan qara qusmağı öz üzərində yoxlamağa qərar verir. Belə ki, o bədənində, gözlərində açdığı yaralara bu qusmağı sürtməklə kifayətlənməyib, bu iyrənc şeyi içib də. Bədəninə xəstəliyə yoluxmuş adamların qanını, sidiyini bulaşdıran Ffirz, xəstələnmirdi. Bu zaman o o, sarı qızdırmanın yoluxucu olmadığı qənaətinə gəldi. Tədqiqatçılar sonradan müəyyən etdilər ki, sarı qızdırma yoluxucudur, ancaq yoluxmuş ağcaqanadların dişləməsi ilə ötürülür.

Fizioloq və yuxu tədqiqatçısı Nazaniel Kleitman, müasir yuxu tədqiqatlarının qabaqcıllarından biri kimi tanınır. 1925-ci ildə ilk yuxu laboratoriyasını quran Kleitman, 1939-cu ildə yuxu ilə bağlı ilk geniş dərslik nəşr etdi. 1953-cü ildə aspirantlarından biri olan Yevgeni Aserinski ilə REM yuxusu konsepsiyasını dünyaya tanıtdı. Amma bu kəşf, təbii ki, o qədər də asan olmayıb. Kleitman özünə güvənərək, bir yuxu təcrübəsi etdi. Onun eksperimentlərindən ən məşhuru insan orqanizminin 28 saatlıq iş rejiminə alışıb-alışa bilməyəcəyini yoxlamaq olub. Bunu sınamaq üçün o, köməkçisi ilə birlikdə Kentukkidəki bir mağarada məskunlaşdı. Təbii işıq almayan və daim müəyyən temperaturda olan mağarada gecə və ya gündüz olduğunu anlamaq mümkün olmayıb. Onlar bu mağarada 32 gün yaşayıb, gündə 9 saat yatıb, 10 saat işləyib, 9 saat istirahət ediblər. Məlum olub ki, o zaman 43 yaşı olan Kleitman bədən saatını 28 saat sırasına qoya bilmir, 20 yaşlı köməkçisi isə bunu edə bilir. Onların təcrübəsinin növbəli iş qaydasının yaranmasında böyük rolu olub. Bəzən 100-180 saat oyaq qalan və sözün əsl mənasında özünü elmə həsr edən Kleitman 104 il yaşayıb.

Henri Bekuerelin 1896-cı ildə radioaktivliyi kəşf etməsi, Mari və Pier Kürini ilhamlandırdı. Cütlüyün səyləri radium elementini əldə etmək üçün poloniumun təcrid olunması ilə nəticələndi. Ömrü boyu radiasiya tədqiqatları aparan və şüa terapiyası üzərində çalışan Mari Küri, elementə davamlı olaraq məruz qalması səbəbindən leykemiya xəstəliyinə tutuldu və təəssüf ki, 1934-cü ildə öldü. Qeyd edək ki, Mari Küri iki fərqli sahədə Nobel mükafatı alan yeganə şəxsdir. O, kimya və fizika üzrə Nobel mükafatına layiq görülüb.

İngiltərənin Nottingem Universitetinin parazit toxunulmazlığı üzrə professoru Devid Priçard dərisinin altına 50 çəngəl qurd yeridərək özündə yoxlamağa çalışıb. 2004-cü ildə bu çılğın eksperimenti edərkən, bu qurdların onun allergiyasına yaxşı təsir edəcəyini düşünürdü. 1980-ci illərdə Papua-Yeni Qvineyaya səyahət edən Pritçard qarğıdalı qurduna yoluxmuş yerlilərin yoluxmayanlara nisbətən daha az allergiya simptomları göstərdiyini müəyyən edə bildi. Beləliklə, o, 20 il ərzində bu nəzəriyyə üzərində işlədi və hər şeyi öz üzərində təcrübə etməyə başladı. Priçardın eksperimentinin həqiqətən işə yarayıb-işləmədiyi ilə bağlı fikirlər müxtəlifdir. Qeyd edək ki, Devid Priçard təcrübə nəticəsində ölməyib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »